Page 143 - pryaxin
P. 143
Xəzər yuxuları

gözlәri alışıb-yanırdı. Bu saatlarda o, qanadlarını gәrib, sәmada
ağalıq elәyәn şahinә bәnzәyirdi.

Vasya öz-özlüyündә “imәklәyәn”lәrdәn olsa da, ruhu göy
üzündә pәrvaz edirdi: “Dövrә vurma başım üstә, ey qara qarğa…” –
onun sevimli mahnısı idi.

Vasyanın yaralı quş kimi çöllük әrazilәrә çәkilmәsinin sәbәbi
aydın idi. Burada nişan alıb güllә atdığı hәdәf dә mәlum: o,
miskin, sağsağan yuvasına oxşayan daxmasında özünә yer
tapmayan mәğrur, mütәkәbbir ruhuna atәş açırdı.

Bәs bir vaxtlar yaxın qohumu, gәlәcәk sovet şairi, Stalin
mükafatı laureatı Vera İnberin evindә tәrbiyә almış, gözәl әdәbiyyat
tәnqidçisi kimi karyera qurmağa başlamış Trotski arxasınca qara,
qanlı izlәr buraxa-buraxa kimdәn, nәdәn qaçırdı, hara baş götürüb
gedirdi – mәlum deyil.

Amma onların davranışında oxşar cәhәtlәr dә vardı. Mәnim
tәxminimә görә, ikisini dә bu çöllüklәrә gәtirәn sıxıntı vә kәdәr
idi. Elә böyük dәrd vә sıxıntı ki, insanın ruhu yavaş yanan odun
içinә düşmüş yarpaq kimi qıvrılır, bükülür. Vasya bu yeraltı
Antonov odunda yana-yana, çuqun kimi içәridәn qarala-qarala
yaşayır, ömrünün sonunu gözlәyirdi; görünür, bu hiss Trotskiyә
dә tanış idi.

…Trotski vә bәlәdçi, demәk olar, yaşıd idilәr. Bәlәdçi
qocalıq yaşına kimi yaşadı, amma heç vaxt Trotski ilә birlikdә
ova getdiyi barәdә danışmadı – o günlәri xatırlamağı sevmirdi.
Sәbәbi bәllidir: hәlә, yaxşı ki, otuz yeddinci ildә onun özünü dә
o dünyalıq etmәmişdilәr.

Mәn isә başqa şeylәr barәdә fikirlәşirәm.
Bu çöllük әrazilәrdә beş min әks-inqilabçını hardan tapıb
güllәlәnmә cәzası vermişdilәr?
Belә çıxır ki, o vaxtlar orada yaşayan ailәlәrin hamısı bu vә
ya digәr şәkildә hәmin cinayәtin qurbanı olub.
Bәlәdçinin ailәsi dә o cümlәdәn.
…Belәcә, onlar iki gün bir yerdә qaldılar. Bu yerlәri –
bütün cığırları, izlәri ovcunun içi kimi tanıyan, on altı kalibrli
tüfәng götürmüş yerli ovçu vә güzarı bu yerlәrә düşmüş qonaq.
Gecәlәr rәhbәr biryerlik çadırda yatırdı, ovçu isә pambıq
gödәkcәsini altına salıb çadırın yanında uzanırdı. Bәlәdçi elә yer

143
   138   139   140   141   142   143   144   145   146   147   148