Page 145 - pryaxin
P. 145
Xəzər yuxuları

Bәlәdçiyә bir, uzağı iki dәfә (sürücünü dә nәzәrә alsaq) atәş
açmağa heç nә mane olmurdu.

Amma o, bunu ağlına da gәtirmirdi.
Müti Rusiya Lev Trotskinin yanındakı yatağında o üz-bu
üzә çevrilirdi. Üstәlik, ingilislәrin “uisiki” adlanan rәngli çәkmә
arağına qonaq etdiyi üçün Trotskiyә minnәtdar idi.

Bәlkә, altmışıncı illәrin sonunda belә, bu qoca kişinin
israrla susmasını başqa mәtlәblәrlә izah etmәk olar?

Stajlı belletrist kimi tәxmin edә bilәrәm ki, onda Trotskini
xilas edәn yalnız bәlәdçinin ovçuluq instinkti, ehtirası olub. Axı
özününkülәrә atәş açmaq olmaz.

Odur ki, alpenştok bir müddәt öz hәrәkәtini dayandırdı.
Alpenştok hәlә onda, Noqay çölündә yuxarı qaldırılmışdı,
amma gör nә zaman, harda endirildi: Meksika dağlarında. Artıq
Trotski cavan, qıvrımsaç deyildi, xeyli yaşlaşmış, saçları seyrәlmişdi.
Sәmadan, göyün yeddinci qatından nişan alan snayper tәlәsmir:
hökm verilәndәn sonra barmağı tәtikdә, illәrlә gözlәyә bilәr.
Bunu necә izah etmәk olar, bilmirәm.
Arvadımın qızlıq soyadı Zinovyevadır. Atam öz әlinin zәhmәti
ilә dolanan zәhmәtkeş (sәhәrdәn axşama kimi işlәyirdi – dörd
uşağı birtәhәr böyütmәk lazımdı), qoç başı kimi sümüklü,
alçaqboylu kişi idi, ömrü boyu Budyonnovskun yerli maşın
stansiyasında sürücü işlәmişdi. Bilirsiniz, digәr sürücülәr onu
necә adlandırırdı?
Tapmadınız: ona “Trotski” deyirdilәr!
Siz dә deyirsiniz ki, Trotski xalq arasında populyar deyildi.
Bizim camaatdan Allahın özü dә baş çıxarmaz!
Vurursa, güllәlәyirsә, demәli, sevir – ailәdә olduğu kimi.
Yolunuz Bosfor boğazından düşsә, başınızı qaldırıb lap yuxa-
rıdan keçәn gözәl, şәbәkәli körpüyә (intihar edәnlәrin sevimli
mәkanı) baxmağı unutmayın. Körpünü bizim Lev Davidoviç
Trotskinin oğlu layihәlәşdirib vә tikib: nә demәk olar, ot kökü
üstә bitәr.
…Aleksandra nәnәnin qanının arasına girәn adam kimdir, o
da mәlum deyil. Amma gün kimi aydın iki mәqam var. Birincisi,
yәqin ki, burada kiçik bacının özünün razılığı olub. Doğrudur, o

145
   140   141   142   143   144   145   146   147   148   149   150