Page 146 - pryaxin
P. 146
rgi Pryaxin

vaxtlar özü dә bilmirdi, onun bu fәdakarlığı nә ilә nәticәlәnәcәk.
İkincisi isә: aydındır ki, bu mәsәlәdә pul-paranın da rolu olub.
İnqilablar zamanı pulun kәsәri adi vaxtlardakından dәfәlәrlә
böyükdür – heç olmasa, ona görә ki, ölüb-getmәkdә olan әks-
inqilabçılardan fәrqli olaraq, inqilabçıların pula ehtiyacı daha
çox olur.

İndi ağlıma gәldi: sovet hökumәtinin vaxtında, müәyyәn
mәnada, hamı bәrabәr idi, insanlar pul üçün sinov getmirdi,
amma artıq doxsan birinci ildә bir çoxlarının birdәn-birә o qәdәr
pulu әmәlә gәldi ki, yığıb-yığışdıra bilmirlәr. Sanki indiyәcәn
gözdәn uzaq bir yerdә oturub pul kәsmәklә mәşğul olublar!

Şübhәsiz, lazımi adamlara, instansiyalara pul ödәmişdilәr,
özü dә kifayәt qәdәr. Nәticәdә Aleksandra Antonovna bәraәt
aldı, kiçik bacısı isә uzaq yola çıxmalı oldu. O dәrәcәdә uzaq ki,
özü dә tәxmin etmirdi. Amma hәr şey başqa cür dә ola bilәrdi.
Mәsәlәn, Aleksandra nәnә Sadovayadan heç yana getmәdi. Vәfat
etdikdәn sonra elә oradaca, Sadovayada dәfn edildi. Özü dә
inqilab mәhkәmәsi başa çatmamış, cavan yaşında. Bәlkә dә, öz
әcәliylә ölüb… mәsәlәn, anam qırx beş yaşında dünyasını
dәyişdi…

Bir sözlә, Aleksandra nәnә sürgündәn yaxa qurtara bilmişdi.
Sovet hökumәti onu yağ arabasından endirә bilmәdi: әbәdi olaraq,
Şan-Gireylәrin mәkanında, onların yanında qaldı. Burada torpağa
gömüldü. Bәlkә dә, ölümü hansısa qüdrәtli şәxsin planlarını
pozdu – axı qadın, demәk olar, artıq onun әlindәydi.

Kiçik bacı canını belә asanlıqla qurtara bilmәdi. Onu dünyanın
o başına sürgün etdilәr. Ola bilsin, böyük bacının heyifini dә
ondan almaq istәmişdilәr – o, inqilabın әdalәt mәhkәmәsindәn
“yayınmışdı”, ölüb aradan çıxmışdı.

Amma kiçik bacının hekayәti davam edirdi.
Bu hekayәt sizә fantastika kimi gәlmәsin deyә daha bir
haşiyәyә çıxmalıyam.
Bizim nәslin qadınlarının xarakterindәn danışacağam.
Amma öncә Trotski barәdә söhbәtimizә son qoyaq. Beş min
insanın birdәn qәtlә yetirilmәsi sizi dә heyrәtlәndirir? İnana
bilmirsiniz? Amma mәn bu yazını yazarkәn – nәzәrә alın ki, çox

146
   141   142   143   144   145   146   147   148   149   150   151