Page 149 - pryaxin
P. 149
Xəzər yuxuları

göndәrib yanına çağırsa da, Kostya bir dәfә dә olsun, onu
xәstәxanada ziyarәt etmәyib. Xatırladım ki, Mariya nәnә Budyon-
novsk xәstәxanasında yatırdı – kәnddәn iyirmi kilometr aralıda.

Ola bilsin, bunlar boş söz-söhbәtdir. Amma Mariya nәnә
canını tapşırandan sonra Kostya Yelka nәnәylә izdivac qurmaq
istәdi. Yelkanın ona yaxınlıq vermәyәcәyinә әmin olanda (Yelka
nәnә kişilәri әliboş qaytarmağa öyrәşmişdi. Onlara cavanlıqda
da üz vermirdi, yaşı altmışa çatandan sonra isә buna ümid etmәk
sadәlövhlük olardı) ruhdan düşmәdi. Dәrhal başqa bir qohumla –
Yevdokiya Terekova ilә evlәndi. Yevdokiya – Duşka – kәndin
gözәllәrindәn biri dә o idi, özü dә Yelkadan beş yaş kiçikdi.
Bәstәboy, әtli-qanlı, çox yaraşıqlı qadın idi – әlbәttә, Miloslu
Veneraya çatmazdı, amma Veneraya yenidәn heykәl qoymaq
fikrinә düşәn olsaydı, şübhәsiz, Yevdokiyaya baxıb ilhamlana
bilәrdi. Qaraqaş gözәlin qatran kimi qara gözlәri alışıb-yanırdı,
yanaqlarındakı batıqlar ona xüsusi zinәt verirdi, sifәti sanki
günәşdә yanıb-qaralmışdı. Bir suyundan qaraçılara çәkmişdi,
amma bu, bütün Terek kazaklarına aid xüsusiyyәtdir: çayın iki
sahilindә çoxdan mәskunlaşmış dağlılar vә ruslar tez-tez bir-
birindәn qız qaçırırmış – sağ sahildәn sol sahilә vә әksinә. Özü
dә, deyәsәn, mömin müsәlmanlar vә pravoslavlar bu oğurluğa
barmaqarası baxırmış, çünki düz doqquz aydan sonra iki tәrәfi
dә razı salan mәlum varlıqlar dünyaya gәlirdi. Amma at oğurluğu
hamını hiddәtlәndirirdi. Heç kәs atının oğurlanması ilә barışmırdı,
çünki madyanı hәmişә tapıb evә qaytarmaq mümkün idi, gözәl
qızları isә yox.

Hә dә, sübut elә ki, sәnә toxunmayıblar, hәlә bakirәsәn: düz
doqquz aydan sonra yalanın üzә çıxacaq, onda neylәyәcәksәn?

Bu riskli, qanlı-qadalı, amma az qala qanuni dәyiş-düyüş,
altdan-altdan öz işini görür, tәkcә qanı tәzәlәmirdi, hәm dә
xalqlar dostluğunu möhkәmlәdirdi. Terekin sağ vә sol sahillәrindә
çağırılmamış qonaqlar peyda olur, qanlı münaqişәlәr vә dava-
dalaş zamanı da onların gözü “özününkülәr”i axtarırdı. Hazırda
çeçen qadınları bizdә az qala Hollivud artistlәrinә çevrilib –
Rusiya televiziyalarında onları tez-tez göstәrirlәr. İndiyәcәn kәnar
gözlәrdәn uzaq tutulan qadınlara baxan kimi, onların genotipini
tanımaq olur. Mәlum olur ki, sәn demә, hәdsiz dәrәcәdә rus

149
   144   145   146   147   148   149   150   151   152   153   154