Page 148 - pryaxin
P. 148
rgi Pryaxin

uşaq heç lazım da deyildi. Çünki әlindә-ovcunda bir uşaq vardı:
çopur olsa da, ona çox bağlıydı. İlahi, Allahın fağır dülgәri,
kolxozun sıravi işçisi (bu mәnada Kostya baba yalınz öz ağasını
dәyişmişdi – artıq bir quldara yox, bütöv bir kollektivә tabe idi)
әllinci illәrdә kurortların yolunu yağır elәmişdi. Çünki Mariya
nәnә şәxsәn mәlumat kitabçalarına baxıb (gözlüyünü taxanda
xalq komissarı Lunaçarskiyә oxşayırdı), kәnar adamların
şikayәtlәrini dinlәyib bu qәrara gәlmişdi ki, sevimli әrinin sidik
kisәsindә daş var. Bu azmış kimi, onu ciddi pәhriz saxlamağa
mәcbur edir, körpә uşaqsayağı, az qala qaşıqla yemlәyir, üstәlik,
hәr il Yessentukiyә dincәlmәyә göndәrirdi. Hәr dәfә әsgәrliyә
yola salırmış kimi, onu avtobus dayanacağına qәdәr ötürür, evә
gözüyaşlı qayıdırdı.

Baba müntәzәm olaraq sanatoriyalardan özüylә bir dәst şәkil
gәtirirdi. O, evdә olmayan vaxtlarda Mariya nәnә şәkillәri bir-bir
gözdәn keçirir, dağıdıb yenidәn yığırdı. Kәnardan baxanda adama
elә gәlirdi ki, fala baxır. Mariya nәnә Kostiki hәmişә öz yanında,
evdә görmәk istәyirdi, özü olmayanda darıxır, şәkillәri ilә tәskinlik
tapırdı. Bәzәn hansısa şәkildә babanın yanında bәr-bәzәkli,
yaraşıqlı gözәlçәlәr gözә dәyirdi (kurorta gәlәndә vә oradan
ayrılanda çәkilәn әnәnәvi kollektiv fotoşәkillәr hesaba alınmır).
Bu zaman mәni öz yanında oturtmuş Mariya nәnә fikirli-fikirli
deyirdi:

– Әşşi, yәqin, tibb bacısıdır…
Yaraşıqlı tibb bacılarının sinәsi döyüşә hazır vәziyyәtә
gәtirilmiş top mәrmisinә oxşayırdı…
Kostik, әlbәttә, yavaş-yavaş cızığından çıxırdı. Ehtiyatı әldәn
vermәyәn baba, yәqin ki, zirәk tәrpәnib bәzi şәkillәri әvvәlcәdәn
mәhv edirdi. Amma sidik yolundakı daşlar heç cür әrimәk bilmir-
di…
Bildiyimә görә, niyәsә Mariya nәnә bir dәfә dә olsun, Kostiklә
birgә sanatoriyaya getmәmişdi – yәqin, özündә heç bir xәstәlik
hiss etmirdi. Kostik öz xәstә hәyatını çox rahat, nәfis şәkildә
yaşayırdı. Odur ki, dünyaya birinci göz yuman Mariya nәnә
oldu. Qlaukomanı vaxtında müalicә etmәmişdi, cәrrahiyyә әmәliy-
yatı isә uğursuz keçdi. Deyilәnә görә, nәnә nә qәdәr ismarıc

148
   143   144   145   146   147   148   149   150   151   152   153