Page 150 - pryaxin
P. 150
rgi Pryaxin

qadınlarına oxşayırmış, çox zaman onları bir-birindәn ayırmaq
olmur.

Terekova! – Lәnәt şeytana, bu ki soyad deyil, maraqlı, gözәl
lәqәbdir! Mәnim kimi belletristlәr illәrlә baş sındırsa da, özünә
bu cür sәslәnәn lәqәb seçә bilmәz. Duşkada isә hәr şey tәbii idi –
soyad da, lәqәb dә. Elә onun özü dә tәbiәtdәn – bu qara torpaqdan,
sudan, palçıqdan mәharәtlә yoğurulub-yapılmış varlıq tәsiri
bağışlayırdı, onu hәr yerdә kişilәrin ehtiraslı baxışları müşayiәt
elәyirdi.

Yevdokiya Terekova – qulaqoxşayan soyaddır.
Dul qalandan sonra (әri sәrxoş halda traktorla qәza törәdib
hәlak olmuşdu) Yevdokiya әsl kazak qızı kimi başqa qadının
әrinin başını piylәmәyә girişdi. Bu kişi Mariya vә Yelkanın
qardaşı, demәli, hәm dә mәnim qohumum İvan Antonoviç Rudnev
idi. İvan Antonoviçin qızıl әllәrindәn hәr iş gәlirdi. Müharibә
iştirakçısı, yaxşı pinәçiydi: әllinci illәrdә kәnd camaatı yırtılmış,
cırıq ayaqqabılarını hәvәslә onun yanına gәtirirdi. Kәndlilәr bilir-
di ki, İvan baba möcüzә yaradacaq – ayaqqabılar tamamilә yeni-
lәnәcәk. İvan baba hamının dadına çatırdı: ayaqqabısını cır-
cındıra büküb kәndin o başından utana-utana onun yanına gәtirәn
kәndlilәr qayıdanda başlarını dik tutur, ayaqqabılarını sinәlәrinә
sıxıb şәstlә yeriyirdilәr. Sәbirsizlәr tәmir olunmuş ayaqqabılarını
elә burada – Vanyanın daxmasındaca geyirdi.
Bu uğurlar babanın başını әmәlli-başlı gicәllәndirmişdi.
Müştәrilәr, demәk olar, hәmişә әlhaqqını çaxırla ödәyirdilәr.
O vaxtlar hәyәtlәrin hamısında çaxır çәkirdilәr. Pul vermәkdә
әllәri yox idi – әllinci illәrdә müharibәnin fәsadları hәlә aradan
qaldırılmamışdı, kimdә pul vardı ki? Verәndә dә qәpik-quruş
verirdilәr, bundan artığına ümid etmәk sadәlövhlük olardı. Odur
ki, müştәrilәr çox sәxavәtliydilәr, hesablaşmaq üçün rezin tuluğa
doldurub gәtirdiklәri çaxırı bol elәyirdilәr, çünki bu, hәm dә
pinәçi ilә oturub boğazlarını yaşlamaq fürsәti idi. Vanya baba
neylәyә bilәrdi? Üzü gәlmirdi müştәriyә desin ki, “qonşu, get,
sabah gәlib tuluğu apararsan”. Ona görә dә dinmәzcә çaxır
süzmәyә başlayırdılar. Özü dә arvadının әvvәlcәdәn hazır saxladığı
üçlitrlik bankaya yox, birbaşa stәkanlara. Bankaya süzmәyә әllәri

150
   145   146   147   148   149   150   151   152   153   154   155