Page 154 - pryaxin
P. 154
rgi Pryaxin

nin, hәtta İvan babanın sağlığında “görüşürmüşlәr” – bağlarının
gözdәn uzaq yerlәrindә. Bağlar vә üzümlüklәr sizә açıqlıq kimi
gәlmәsin. Yaz aylarından başlayaraq, payızın sonlarına kimi, bu
bağlar öz kölgәliklәrindә çox maraqlı şeylәr gizlәdir. Katyuşanın
bağında armud, Vanyuşanın bağında isә xiyar yetişirdi… Belә
başa düşürәm ki, Kostik öz döyüş pilәtәciyini kәndin gözәl ağ
neftindә islatmağın ustası imiş. Ağacların yerә sallanan sıx
yarpaqlı, meyvәli budağını aralayıb baxan olsaydı, orada Miçurinin
hibrid pozasında nә mәnzәrәlәr görәrdi…

Keçәn yay yolum Krasnoyeyә düşdü. Nәnәnin daxmasına da
baş çәkdim. Mәn gәlәndә yeni sahiblәr nәnәnin köhnә daxmasını
sökmәklә mәşğul idilәr. Bir gün sonra gәlsәm, gecikәcәkdim.
Daxmanın bir hissәsini söküb, yeni tikilәcәk ev üçün yer hazırla-
mışdılar. Burada hәr şey mәnә çox kiçik vә çox köhnәlmiş görü-
nürdü. Daxmanın uçurulan hissәsindә dayanıb, gillә suvanmış
isti divarlara baxdım. Uşaqlığımın uzun illәr qabaq çat vermiş
dünyası gözüm önündәcә dağılıb-gedirdi. Kostya baba çoxdandır
ki, hәyatda deyil, Yevdokiya Terekova da onun kimi. Әvvәlcә
Kostya baba öldü, bir neçә ildәn sonra da Yevdokiya. Ev, hәyәt-
baca, bağ – hamısı onun öz uşaqlarına yox, bacısı qızına qismәt
oldu. Bacısı qızının әri – dediyinә görә, Kuzbas tәrәflәrdәn olan,
burada baş verәnlәri etinasız baxışlarla süzәn qırx yaşlı kişi
mәni xarabazara çevrilmiş kәnd evinin önündә qarşıladı. Bacıqızının
özünü görmәdim. Amma hәyәtdәn keçib-gedәn uzunayaqlı
yeniyetmә qızın üzünә baxmağa macal tapdım: yanaqlarında
kiçicik çökәklәr olan, almacıq sümüklәri bir az qabarıq, sanki
günәşdә yanıb-qaralmış (baxmayaraq ki, artıq noyabr ayı idi,
payız günәşi Mariya nәnәnin hәyәt-bacasını nura qәrq elәsә dә,
adamın sifәtini qarsmaq gücündә deyildi), düzgün cizgilәri olan
bu üz mәnә çox tanış gәldi. Әslindә buna günәşli gün dә demәk
olmazdı, elә bil hamımız Ay işığında, ulduzlararası dumanlıqda
dayanmışdıq. Heyif ki, artıq әn dәcәl, dәlisov qızları da “Duşka”
vә ya “Yevdokiya” adlandırmırlar. Neçә-neçә insanın isti yuvası
olmuş bu kövrәk, talesiz mәkan tamamilә yad әllәrә keçmişdi:
Mariya nәnә, belәcә, qanunsuz izdivacının bәdәlini ödәyirdi.

154
   149   150   151   152   153   154   155   156   157   158   159