Page 157 - pryaxin
P. 157
Xəzər yuxuları

Ev sahibindәn fәrqli olaraq, kövrәk addımlarla irәlilәyәn
Sergey bir neçә addım atmışdı ki, arxadan, alaqapının o üzündәn
qadın pıçıltısı eşitdi:

– Sergey!.. Qayıt…
Tatyana! Tatyana! Qızlıq soyadı – Rudneva… Alaqapını açıb
dayanmışdı, onu çağırırdı:
– Gәl!..
Dayıma iki dәfә tәkrarlamaq lazım deyildi: sәhәrdәn dilinә
yemәk dәymәmişdi.
Qucaqlaşıb görüşdülәr.
– Yaman böyümüsәn, Seryoja, – Tatyana onu tumarlamağa,
әzizlәmәyә başladı.
– Tanya xala…
– Mәn Tanya deyilәm, – xala onun sözünü kәsdi, – Rudneva
da deyilәm, – cәld alaqapını örtüb cәftәsini vurdu vә onu evә sarı
çәkdi. – Mәni elә çağırma, mәn – filan, filankәsәm. Hәbsxanada
olmamışam, burada heç kәs bilmir. Fabrikdә işlәyirәm. Qabaqcıl
işçiyәm, – xala istehzayla gülümsündü. – İyirmi dәzgah işlәdirәm.
Şәklimi şәrәf lövhәsinә vurmuşdular, gecәykәn gizlicә çıxartmalı
oldum…
Sergey dayının gözlәri kәllәsinә çıxdı.
Gör arvadlar necә ustalıqla iş görürlәr! Uşaqlar bir yana,
doğmaca әri dә heç nә bilmir – nә onun haçansa sürgündә
olmasından, nә barjda baş verәnlәrdәn, nә dә buzlu sularda arxası
üstә üzә-üzә qaçıb aradan çıxdığından xәbәri var. Amma әri
duyuq düşsәydi, istәsәydi, hәr şeyi öyrәnә bilәrdi: üçüncü araq
stәkanından sonra dayıma mәlum oldu ki, kişi milisdә işlәyir.
Görünür, Tatyana xala özünә elә-belә әr seçmәyib – elәsinә әrә
gedib ki, şübhәlәrdәn mümkün qәdәr uzaq olsun. Tatyananın
uşaqları heyranlıqla Sergeyin üzünә zillәnmişdilәr – indiyәcәn
onun barәsindә nә eşitmiş, nә dә üzünü görmüşdülәr.
Sәhәrә yaxın dayımla milisioner (lәnәt şeytana, ola bilsin,
Tatyana onu da Solovkidәn, hәmin barjdan tutub gәtirmişdi)
artıq bir-biri ilә qardaş kimi davranırdılar. Stolun üstündәki
yemәklәri tәzәlәyәn, onlara can-başla qulluq elәyәn Tatyana alt-

157
   152   153   154   155   156   157   158   159   160   161   162