Page 162 - pryaxin
P. 162
rgi Pryaxin

boğula hәyәtә qaçır, bir küncә qısılıb ağlayırdı. Baxmayaraq ki,
atalığım ona barmağının ucuyla da toxunmur, yalnız onun
zәrbәlәrindәn qorunmağa çalışırdı. Tolik hıçqıra-hıçqıra ağlayır,
ucadan hönkürürdü. Bu, hirs-hikkәdәn çox, hәyatdan küsüb-
inciyәn adamın ağlamağına oxşayırdı.

Vasili Stepanoviç dә, Tolik dә Stalinqrad qurbanları idi. Özü
dә, deyәsәn, Tolik daha böyük zәdә almışdı, çünki hәlә uşaq idi,
necә deyәrlәr, әmgәyi bәrkimәmişdi.

Onun qopardığı hәngamәyә baxmayaraq, atalığım gülә-gülә
deyirdi:

– Arvad, stol aç, qonaq gәlib…
Kolodyajnının növbәti hoqqasından xәbәr tutan kimi, Tolik
velosipedini minib qonşu Krasnoye kәndindәn yola çıxırdı. Yaxşı
ki, o gәlәnә kimi atalığım avazıyırdı, sәrxoşluğundan әsәr-әlamәt
qalmırdı. Yoxsa, şübhәsiz, bu hay-küy qansız qurtarmazdı.
Doğrudur, sәrxoş vaxtlarında atalığım anama gün vermirdi,
amma bizimlә yaşadığı bir neçә ilә әrzindә mәnә barmağının
ucuyla da toxunmadı. Amma anamın tәәssübünü çәkәn kiçik da-
yılarım sözü bir yerә qoyub bir-iki dәfә ağzının payını vermişdi-
lәr. Baxmayaraq ki, bәzilәrinin atası Stalinqrad-Keniqsberq
qırğınından sağ-salamat qayıtmışdı vә yeri gәlәndә, onların özünü
qayışla, qamçıyla tәrbiyәlәndirmәyi unutmurdu.
Amma bu, onların vecinә dә deyildi.
Mәnim xәtrimә dәyәn yox idi. Әllәrinin içindә saxlayırdılar –
külәkli havada yandırılmış kibrit çöpü kimi. Sanki siqaretlәrini
mәndәn yandırmağa hazırlaşırdılar. Tәәssüf, onların heç birinin
borcundan çıxa bilmәdim. Çünki macal tapmadım – demәk olar,
hamısı dünyasını dәyişib. Heç biri yetmiş yaşa çatmadı. Belәliklә,
borc ödәyicisi kimi özümü doğrultmadım: hәr halda, mәnә
bәslәnәn ümidlәr boşa çıxmış sayıla bilәr.
– Onun adәti var, – Nüsyanın anası Melanya nәnә üzümә
baxıb fikirli-fikirli deyәr, nәdәnsә başını yellәyәrdi.
Böyüyüb atasız-anasız, tәk-tәnha qalandan sonra (әslindә
hәmişә atasız olmuşam) nәnәmin bu qәribә, sirli sözünü tez-tez
xatırlayır, “adәt” ifadәsini özüm üçün “talant” kimi tәrcümә
edirdim. Bu, yeniyetmә vaxtlarımda çox kömәyimә gәlmişdi.
Sonralar haradasa oxudum ki, “adәt” türk dilindәn tәrcümәdә

162
   157   158   159   160   161   162   163   164   165   166   167