Page 166 - pryaxin
P. 166
rgi Pryaxin

eşidilmәyә başlayırdı: belәcә, ayaq üstә tezbazar hәll olunmalı
mәsәlәlәrin müzakirәsi üfüqi vәziyyәtdә davam etdirilirdi.

Anatoli Timofeyeviç gözәl katibәlәr zümrәsinin içindәn özünә
bir mәşuqә dә tapmışdı – onun xәtrini o qәdәr çox istәyirdilәr.

Anatolinin indi gördüyü mәnzәrә tamamilә fәrqlidir: artıq
mәsәlәlәr nә litrlәrlә, nә dә, hәtta dekalitrlәrlә hәll olunur! Yalnız
kağız pullarla! Kağız pulları daşımaq üçünsә enli kürәk, qalın
bilәk tәlәb olunmur: әn ağır keys dә kanistrlәrdәn yüngüldür.
Enli bilәklәr dövlәt üçün dә başağrısıdır: belә bilәklәr üçün
bilәrzik hazırlamaq da problemdir…

Hәlә onun pәhlәvan görkәmini, iri, tüklü qarnını demirәm:
qarnında bir dekalitr quru çaxır, üstәlik, bütöv bir quzu yerlәşәr.
Qırx altı ölçülü ayaqqabı geyir… Tolikin maraqlı soyadı var –
Kosyak1 . Neylәmәk olar, narkotiklәrlә bağlı böyük maariflәnmә
işlәrinin görüldüyü indiki vaxtda bu soyad birmәnalı sәslәnmir.
Amma yadımdadır, Ermәnistanda, Spitakda baş vermiş dәhşәtli
zәlzәlәnin ertәsi günü mәnә izah etdilәr: yenidәn zәlzәlә olsa,
dәrhal qaçıb qapı çәrçivәsinin altında dayan. Әn etibarlı yer
buradır. Belәcә, qapının arasında iki yuxusuz gecә keçirdim.
Mәnә elә gәlirdi ki, arxamı Anatoli dayıya söykәmişәm…

Tolik Budyonnovskdakı qarmonçalanlar mәktәbindәn savayı,
heç yerdә oxumamışdı, amma direktor müavini kimi öz işinin
öhdәsindәn gәlirdi. Tәchizatçı işi sizә asan gәlmәsin. Bu qabiliyyәt
ona anasından, Yelkadan keçmişdi. Tolikin sir-sifәtindә nәslimizin
bütün xarakterik cizgilәri әks olunub: qırçınlı sünbülü xatırladan
qaşları, yenicә tәndirdәn çıxmış çörәk rәngli yaraşıqlı sifәti,
yavaş-yavaş ağarmağa başlayan kәkili, qırışların içindә itib-bat-
mış alnı. Hәr dәfә onun diqqәtli baxışları ilә rastlaşanda, mәnә
elә gәlir ki, Yelka nәnәnin gözlәri ilә baxır. Yelka nәnәnin ruhu,
hökmlü baxışları, yumşaq üz ifadәsi Tolikin varlığında yaşayır.
Tolik o dul qadının göz yaşlarından, ümidlәrindәn, ağrı-acılarından
yoğurulmuş möhtәşәm, ağır postamentdir. O dәrәcәdә ağır ki,
yerindәn tәrpәtmәk mümkün deyil! Qadının ruhu, gündüzlәr
görünmәyәn şam işığı kimi Tolikin yoluna işıq tutur, bu, yerә
bәrk oturmuş rus sobasının üzәrindәki xәfif hәnirtini xatırladır…

1Qapı və pəncərə çərçivəsində yan taxta; içinə narkotik doldurulmuş papiros

166
   161   162   163   164   165   166   167   168   169   170   171