Page 167 - pryaxin
P. 167
Xəzər yuxuları

Tolikin arvadının qırımından hamı xәbәrdardır – әrini söyüb,
abrını әtәyinә bükәndә bütün küçә eşidir. Bәstәboy arvaddır,
amma әtli-qanlıdır, kәnardan baxanda çaxır çәllәyinә oxşayır:
cökә ağacından düzәldilmiş (palıd ağacından yox, cökәdәn:
qadının “zәrif” bәdәn quruluşu mәhz bu cür assosiasiya doğurur)
çaxır çәllәklәrindәn belә sәsli-küylü arvadlar çıxır. Qaraqaş-
qaragöz qadındır, Tolikdәn iyirmi yaş kiçik olar. Yeddimәrtәbәli
söyüşlәrindәn, Anatoli Timofeyeviçdәn fәrqli olaraq, zәncirdәki
Tuzikin dә tüklәri biz-biz olur. Bu söyüşlәr hansısa az әhәmiyyәtli
qoşun növünün marşalının söyüşlәrinә bәnzәyirdi.

İş burasındadır ki, Taisiya qırx ilә yaxın – pensiyaya (“istefaya”
desәk, daha düzgün olar – çünki marşallar pensiyaya çıxmır)
çıxana kimi bağçılıq-üzümçülük briqadasına rәhbәrlik etmişdi –
bir vaxtlar Yelka nәnәnin başçılıq etdiyi hәmin briqadaya.
Müharibә başa çatandan sonra düz iyirmi il Yelkanı әvәzlәyәn
adam tapmamışdılar.

– Sәfeh adam axtarırdılar, – Toliklә mәnim oturduğum stolun
üstünә piroq qoyan (bircә piroqumuz çatmırdı) Taisiya gülә-gülә
deyirdi.

Nәhayәt, Yelka bu qәrara gәlir ki, özündәn sәfehi yoxdur.
İyirmi yaşlı, qaragözlü, zirәk, diribaş Yelka, Praskoveysk şәrabçılıq
texnikumunu bitirmişdi. Bu әtrafda başqa texnikum yox idi,
institut barәdә isә danışmağa dәymәz. İndi institutların sayı-
hesabı yoxdur, o vaxtlar belә deyildi. Texnikum mәzunları bizim
tәsәrrüfatda tәcrübә keçmәyә gәlirdilәr. Anatoli Timofeyeviç
Kosyak, Taisiyanın uğurla tәcrübә keçdiyini tәsdiqlәyәn sәnәdi
öz әllәri ilә imzalayıb möhür vurmuşdu. O, sovxozda böyük
vәzifә sahibi olmaqla yanaşı, hәm dә qızların altdan-altdan göz
qoyduğu, bir-birinә qısqandığı adaxlı idi. Bu icdivacın әsası o
vaxtdan qoyulmuşdu. Nәticәdә Yelka nәnә hәm öz oğlunu, hәm
dә briqadanı Taisiyaya tәhvil verdi – sovxozun tәmir-mexanika
briqadasının başçısı (o vaxtlar Anatoli hәlә direktor müavini
vәzifәsinә yüksәlmәmişdi) sıravi fәhlәylә evlәnmәyәcәkdi ki!
Bu, hәmin vaxtlar idi ki, Taisiyanın briqadasının yarısını
qonşuluqdakı hәbsxanada mәhkumluq hәyatı yaşayan mәhbuslar
tәşkil edirdi. Gәlәcәk Qırmızı Bayraq Ordeni kavaleri (Yelka bu

167
   162   163   164   165   166   167   168   169   170   171   172