Page 172 - pryaxin
P. 172
rgi Pryaxin

mәnә әl elәyir. Bir anlığa elә gәldi ki, şәkildәki balaca qızcığaz
hansısa teatrın ağır, mәxmәr pәrdәsini aralayıb gözlәri ilә mәni
axtarır. Kağızla birlikdә onun üzәrindәki şәkil dә soluxur, xarab
olur. İnsan yaşlandıqca, onu әhatә edәn dünya da – әvvәlcә
uşaqlıq dünyası, sonra isә hәyatın özü – dağılmağa, mumiyalaşmağa
başlayır.

Onu hansı şәraitdә görmüşdüm – bu mәnzәrәni tәxәyyülümün
kömәyi ilә bәrpa etmәyә çalışacağam.

Evә daxil olmaq üçün dar dәhlizdәn keçmәliydin. Әslindә
bu, hәr iki tәrәfindә ağac sütunlar-dayaqlar düzülmüş, gürcü
evlәrindәki terrası xatırladan şüşәbәnd idi. Dәhlizә girәn kimi
sağa dönmәliydin – ev buradaydı. Dәhlizin sonunda, pәrdәnin
arxasında isә hәmin qorxunc otaq yerlәşirdi. Qaça-qaça (yağış
yağırdı, ya da özümü tualetә çatdırmaq üçün tәlәsirdm) dәhlizә
girdim vә özümü vaxtında saxlaya bilmәyib, düz pәrdә asılan
yerә – sәhnә arxasına düşdüm. Qarı güc-bәla yerindә dikәlib әli-
ni mәnә sarı uzatdı:

– Әlini ver.
Fikirlәşdim ki, ayağa qalxmaq istәyir, әlimi verdim.
O, balaca, әsmәri әlimi öz sümüklü, titrәyәn әllәrindә tutub
gözlәrini üzümә zillәdi. Mәnә elә gәlirdi ki, tüstülü qәndil çırağını
xatırladan gözlәrini düz ruhuma zillәyib. Sәhv etmirәmsә, onda
mәn onun yeganә nәvәsi idim.
Bәlkә dә, başqa cür olmuşdu…
…O, xırıltılı sәslә pәrdәnin arxasından su istәyirdi. Yaxınlıqda
heç kәs olmadığı üçün metal әsgәr dolçası ilә kәtilin üstündәki
vedrәdәn su götürdüm vә pәrdәni aralayıb qorxa-qorxa dolçanı
qarıya uzatdım. Mәnә elә gәlirdi ki, düz ölümün pәncәsinә
düşmüşәm.
Dolçanı alanda, әlimdәn tutub üzümә zillәndi.
Bu yaxınlarda nәvәmin öz ulu nәnәsiylә necә vidalaşdığını
gördüm.
Nәvәm ölümün nәfәsi hiss edilәn yarıqaranlıq otaqda hәrәkәtsiz
dayanmışdı. Sifәti avazımışdı, ölüm ayağında olan nәnәsi kimi
ağappaq olmuşdu. Adama elә gәlirdi, onun avazımış bәnizi
işıqlanır.
Belәcә, bir-bir çәkilib getdilәr.

172
   167   168   169   170   171   172   173   174   175   176   177