Page 176 - pryaxin
P. 176
rgi Pryaxin
qәdәr gözәl, yaraşıqlı qız olursan ol, cehizsiz qaldınsa, dünәn
arxanca sürünәn, dәrdindәn ölәn divanәnin birdәn-birә gözlәri
açılacaq: görәcәk ki, sәnin xalın yerindә deyil, daha hansısa
çatışmazlıqların var, “dünәn hara baxırmışam?” – deyәcәk.
Mәlumdur hara: evsizlikdәn, yoxsulluqdan әziyyәt çәkәn, sәfalәtlә
üzlәşәn gözәl Marina Svetayevanın özü dә “Varlıları sevirәm!” –
deyә haray çәkirdisә, sadә kәndli oğlandan nә gözlәyәsәn?
Hәmin oğlan Vasili Stepanıçdan fәrqli olaraq, müharibәdәn
qayıtmamışdı – bunu da bilirәm.
Yetimlik, komendaturanın nәzarәtindә yaşanan hәyat, qardaş-
larının dәrd-sәri, gec doğulan uşaqların qayğısı (mәni otuz bir
yaşında, kiçik oğlunu isә qırx yaşında dünyaya gәtirmişdi), meta-
forik, xәyali yox, hәqiqәtәn dә ağır, üzücü iş: xüsusәn dә kәnd
şәraitindә, bu efemer qadın bәkarәti – gözәllik necә xilas ola
bilәrdi?
Qadın xoşbәxtdirsә, demәli, hәm dә gözәldir.
Mәnim unudulmaz torağayım çox nadir hallarda qanad açır,
havalanırdı. Belә dәqiqәlәrdә o, ehtizaza gәlir, canlanır, tamamilә
dәyişilirdi – hәtta torpağın üstündә qurulmuş torağay yuvasındakı
iki mavi yumurtanı xatırladan gözlәri birdәn-birә pişik gözlәri
kimi yaşıla çalmağa başlayırdı. Amma zәhlәtökәn, alçaldıcı
cazibә qüvvәsini dәf edib, ehtiyacı, yoxsulluğu arxada qoyub –
Svetayeva kimi – uçmağa başlayanda mahnılar bulaq suyu kimi,
coşqun çaylar kimi çağlamağa başlayırdı. Bu saf, güclü sәs
hamını yerindә oynatmağa qadir idi.
Bәzilәrinә elә gәlirdi ki, o, zәhmәtkeş, yelbeyin kәnd qadınıdır.
Ona görә ki, son vaxtlar sakit sәslә öz-özünә danışmağa başlamışdı.
Mәhrәm fikirlәri mәcrasından çıxır, dolub-daşırdı. Tәk qalanda,
sakit vaxtlarında isә hәmişә öz içindә gәzdirdiyi mahnılar aşıb-
daşmağa başlayırdı.
Hәlә ağlı kәsmәyәn balacaları – bizi nәzәrә almasaq, hәmişә
tәklikdә oxuyurdu. Adi vaxtlarda özünәqapalı, qәtiyyәtsiz adam
tәsiri bağışlayan qadın birdәn-birә bolsulu, çağlayan çayı
xatırlatmağa başlayırdı. Bu, pisdanışan pәltәk adamın mahnı
oxuyarkәn sözlәri rәvan, olduqca sәlis tәlәffüz etmәsi kimi bir
şey idi.
176