Page 177 - pryaxin
P. 177
Xəzər yuxuları

Mәncә, o, bayan, gitara vә balalaykadan savayı, heç bir bir
musiqi alәtinin nә üzünü görmüş, nә dә sәsini dinlәmişdi. Әlbәttә
ki, musiqi tәhsili dә görmәmişdi. Amma musiqi onun ürәyinә
asanca yol tapır, canına hopur, asanca da әtrafa saçılırdı. Bu
mәnada anam canlı musiqi alәtinә bәnzәyirdi. Yaxşı danışmağı
bacarmayan, tәbiәtcә diliağır insanlar (dil-dil ötәn – yalnız
boşluqdur, bar verәn, ürәyi dolu adamlar çox danışmağı sevmir,
bәlkә dә, bacarmır) yaxşı vә pis günlәrindә çox zaman sözlәrә
yox, nәğmәlәrә müraciәt edirlәr. Fikirlәşirlәr ki, әn yaxşı sözlәr
mahnılardadır: xalq mahnılarıdır axı. Bu mahnılar adamın ruhunu
oxşayır, qәlbinә sakitlik gәtirir.

Xalq mahnılarının bir növü dә var ki, mәnşәyindәn-filandan
asılı olmayaraq, hamı üçün әlçatandır. Bu, ağı deyib ağlamaqdır.
Xüsusilә dә qadınların vә uşaqların ağlaması – hansı daşqәlbli
insan uşaq fәryadına biganә qala bilәr?

Bir dәfә, yazda mәktәbdәn qayıdanda gördüm ki, evimizin
qapıları taybatay açıqdır. Demәli, anam döşәmәni yuyur. Xәstәlәnib
yatağa düşmәdiyi vaxtlarda anam mәhz bu cür tәmizlik işlәri
aparırdı: evdәn hamını çıxarır, qapı-pәncәrәlәrin hamısını taybatay
açırdı. Bundan sonra әtәyini qatlayıb hәr şeyi unudur, şövqlә
döşәmәni yumağa başlayırdı. Mahnı sәdaları, bolluca su – yalnız
yelkәnli köhnә gәmilәrin taxta göyәrtәsini belә cidd-cәhdlә
yuyurlar. Lif süpürgәdәn istifadә etmirdi – dizi üstә çöküb,
döşәmәni әlindәki әsgiylә silib-tәmizlәyirdi.

İçәriyә boylandım. Anam dәhlizә açılan qapının çәrçivәsinә
söykәnib islaq әllәrini uşaq kimi sifәtinә tutmuşdu. İki il sonra
qollarım üstә can verdiyi hәmin otaq musiqi sәslәri ilә dolmuşdu.
Sәs sanki reproduktordan gәlirdi. Son dәrәcә kәdәrli, ürәyәyatan
musiqi. Musiqi elә bil bütövlükdә insan ah-vayından, fәryadından
yoğurulmuşdu. Ucuz reproduktordan әtrafa yayılan sәs insan
hıçqırtılarını xatırladırdı. Yәqin ki, skripkaydı. Deyәsәn, Oqinskinin
“Polonez”i idi. Sözün açığı, musiqidәn o qәdәr dә başım çıxmır,
ona görә ağlıma çox yayılmış başqa әsәrin adı gәlmәdi. Amma
insan fәryadından da çox yayılmış, ondan da istedadlı nә ola
bilәr?

Anam gәldiyimi hiss edib üzünü mәnә çevirdi. Ağlağan qadın
olmasa da, gözlәrindә yaş damcıları parlayırdı.

177
   172   173   174   175   176   177   178   179   180   181   182