Page 182 - pryaxin
P. 182
rgi Pryaxin
yavaş-yavaş irәlilәyәn mintәkәrli araba karvanı dar küçәlәri
doldururdu. Karvan keçib gedәndәn sonra yerli sakinlәr düz iki
gün yoldan peyin toplamaqla mәşğul olur, bu zaman bir-biri ilә
dava-dalaş salır, üz-göz olurdular. At peyini xüsusilә yüksәk
qiymәtlәndirilirdi. Çünki at peyinindәn hәm sarayların, hәm dә
kasıb daxmalarının tikintisindә gen-bol istifadә olunurdu – gillә
qarışdırılıb divara çәkilәndә daxmaya әlavә möhkәmlik verir,
hәm dә su keçirmirdi.
Sarayları vә körpülәri inşa edәrkәn qarışığa yumurta sarısı
da qatırdılar, daxmaların tikintisindә isә bunsuz ötüşürdülәr –
daxma әbәdi qalası deyil ki…
Doğrudur, saraylar da әbәdi qalmadı, amma bu, gilin keyfiyyәti
vә ya yumurta sarısı çatışmazlığı ilә bağlı mәsәlә deyil: Xәzәr
әyanları, xüsusilә dә onların gözәl-göyçәk arvadları sinәlәrindә
öz ölümlәrini bәslәyirdilәr.
Qabaqda gedәn dәstә dәvә minirdi: uzaq yolda tәkdonqarlı
dәvәlәrdәn dözümlü heyvan tapmaq çәtindir, mәnzilә atlardan
da tez çatırlar. Öndә irәlilәyәn dәstә karvandan xeyli aralanıb
yolu tәmizlәyir, düşәrgә salacaqları yeri yoxlayıb çadır qurur,
hökmdarı tәmtәraqla qarşılamaq üçün başqa hazırlıq işlәri görürdü.
Atlar, kәllәr, öküzlәr, hәtta dağ keçidlәrindәn salamat qurtulduğu
halda qan-tәr içindә olan uzunqulaqlar… At-araba nәqliyyatını
bu sәssiz, müti varlıqlar olmadan tәsәvvür etmәk mümkün deyildi.
Xanımlar-qızlar, üstәlik Xoca Nәsrәddin kimi dünyanın altından-
üstündәn xәbәrdar olan müdriklәr boş yerә uzunqulaq minmirdilәr
ki! Bu unikal, kilometrlәrlә uzanan canlı orqanizmdә hәr şey
qımıldanır, hәrәkәt edirdi. Tәbii ki, bütün canlı orqanizmlәr kimi
karvanın da düzbağırsağı durmadan hәzm olunan qidanın qalıqlarını
ifraz edir, әtrafa sәciyyәvi qoxu yayılırdı.
Xaqan karvanın arxa hissәsindә gedirdi. Onun ardınca yalnız
nәhәng resorların üzәrinә oturdulmuş hücrәlәrdә kәnizlәr gәlirdi –
bu arabaların sağ tәrәfindә kiçik, davamlı pillәkәn quraşdırılmışdı.
Hәmin pillәkәnlәrdәn yalnız xaqan istifadә elәyә bilәrdi: birdәn
yolda könlü qadın istәyәr. Lap axırda asiyalı muzdlulardan ibarәt
ayıq-sayıq döyüşçü dәstәsi irәlilәyirdi.
Üç yüz il davam etmiş, şöhrәti dünyaya yayılmış imperiyanın
qürubçağında müәmmalı bir qayda tәtbiq olunurdu: adi tәbәә
182