Page 181 - pryaxin
P. 181
Xəzər yuxuları

…Onların kateri buzla örtülü uca dağdan sürüşürmüş kimi
sürәtlә әfsanәvi Xәzәr sәltәnәtinin düz mәrkәzindә torpağa oturur –
hәm dә elmi dairәlәrdә yüksәk qiymәt verilәn çox maraqlı qәdim
sәnәdlәrdәn birindә bu yerlәri qarsan, nәfәs almağa qoymayan
istilәr barәdә dolayı mәlumatlar yer alır. Bu, Xәzәr hökmdarlarından
birinin möcüzәvi şәkildә qorunub-saxlanmış yeganә mәktubudur.
Düzgün xatırlayıramsa, on dördüncü hökmdarın mәktubudur.
Mәktub hökmdarın dostu, Kordovanın sayılıb-seçilәn varlı
sakinlәrindәn biri olan İspaniya yәhudisinә ünvanlanıb. Burada
hökmdar öz şahlığından söz açır, dәhşәtli, cansıxıcı istilәrdәn
şikayәtlәnir, harasa baş götürüb getmәk istәdiyini bildirir.

Gün kimi aydındır: var-dövlәt başından aşan hansı imkanlı
adam bu dözülmәz istilәrdә evdә hәrәkәtsiz qalar? Nökәr dә
qalmaz. Tәbii ki, eşşәyi qızıldan olsa vә ya adi eşşәklә birgә,
dollarla dolu yol çantası olsa.

Xaqan isә heç nәdәn korluq çәkmirdi, hәr halda, mәktubu
oxuyanda belә tәәssürat yaranır. “Sәltәnәtimiz çox genişdir, –
xaqan yazır, – bahar gәlәn kimi paytaxtımız İtil şәhәrindәn (Ar-
tamonov vә Qumilyova inansaq, paytaxt hardasa bu yerlәrdә,
daha doğrusu, bir az aşağıda, çayın deltasında yerlәşirmiş) bütün
saray әyanları ilә birgә, cәnub tәrәflәrә yollanır, orada düşәrgә
salırıq…”

Bir sözlә, mәktubdan belә başa düşülür ki, Xәzәr hökmdarı
ilin çoxunu yolda keçirirmiş. Qamışdan vә gildәn inşa edilmiş
İtildә (buradakı dәbdәbәli saraylar vә xaqanın xәtti kimi gözәl
körpülәr havatәk yüngül idi, çünki onların tikintisindә daha çox
qamışdan vә gildәn istifadә olunurdu. Hәlә dә hara baxsan,
onların izlәrini görmәk olar) qışladıqdan sonra havalar yüngülcә
isinәn kimi, köçәri quşların ardınca, çoxsaylı saray әhli әks
istiqamәtdә hәrәkәtә başlayırdı.

Amma, yәqin ki, quşların köçündәn fәrqli olaraq, bunu “uçuş”
adlandırmaq olmazdı.

Minlәrlә insan uzunluğu üç kilometrә çatan rәngbәrәng
“tırtıl”ın tamaşasına dayanırdı, hökmdarın ağır yükün altında

181
   176   177   178   179   180   181   182   183   184   185   186