Page 178 - pryaxin
P. 178
rgi Pryaxin

– Nә gözәl musiqidir, oğlum…
Bizim yerlәrin gözәl baharı, taybatay açılmış qapı-pәncәrә,
otaqlardakı sәliqә-sahman, yuyulub-tәmizlәnmiş döşәmә vә bu
göz yaşları. Elә bil ürәyinә dammışdı ki, qarşıda onu böyük
müsibәtlәr gözlәyir. Radio çarpayısının baş tәrәfindә divara
vurulmuşdu – әtrafda hәr şey bu insani musiqinin sehrinә
düşmüşdü.
Bütün bunları xatırlayanda Bolqarıstandaydım. Bu ölkәdә
maşınla min beş yüz kilometrә yaxın yol qәt etdim. Axşamlar öz
dostlarımla – bolqar yazıçı vә şairlәrlә birgә meyxanalarda oturub
elә şövqlә mahnı oxuyurduq ki… Bir dәfә balacaboy, yaşlı,
mәnim kimi dazbaş (fotolar, xüsusilә dә kollektiv şәkillәr aldatmır.
“Mersedes” markalı mikroavtobusda çәkilmiş şәkillәrdәn birindә
ikimiz yanaşı oturmuşuq – başımız katolik ruhanilәrinin başını
xatırladır) sürücümüz Todor dözmәdi, zalın ortasına çıxıb (daha
doğrusu, mәclis qurub oturduğumuz yaşıl hәyәtin ortasına) әlini
belinә qoydu vә “Makedoniya” partizan mahnısı oxumağa başladı.
Elә gözәl oxudu ki! Biz hәvәskarlar dәrhal susub peşәkara
qulaq kәsildik.
O vaxta kimi Bolqarıstanda yalnız bir dәfә olmuşdum. İyirmi
iki il әvvәl. O vaxt da tәxminәn bu marşrutla keçib-getmişdim.
Cavan, bәxtәvәr vaxtlarım idi – birinci kitabım burada yenicә
çapdan çıxmışdı. Bu ölkә, Avropa üçün o qәdәr dә sәciyyәvi ol-
mayan genişliklәr o zamandan mәni özünә heyran etmişdi. Amma
onda Bolqarıstana çox diqqәt yetirmәmişdim: yәni onsuz da öz
yerlәrimizdir, sonra baxaram… Amma bu dәfә hәmin gözoxşayan
dağlara, gözәl dәrәlәrә ürәkağrısız baxa bilmirdim – bizim deyil.
Artıq heç vaxt “bizim” olmayacaq.
Bu hiss mәni Şipkada yaxaladı. Birdәn-birә sanki gözüm
açıldı, hәr şeyi bütün tәfәrrüatı ilә görmәyә başladım: qarşımdakı
bu gözәl, mülayim bahar havasında uyuyan yad mәnzәrәyә baxıb
fikirlәşdim ki, tәsәrrüfatlar dağıldıqca, tәnәzzülә uğradıqca tәbiәt
daha tәmtәraqlı, daha ehtişamlı şәkil alır.
Bizim xahişimizlә Todor maqnitofona xalq mahnıları yazılmış
lazer disklәri qoyurdu: biz yazıçıların repertuarı o qәdәr dә

178
   173   174   175   176   177   178   179   180   181   182   183