Page 174 - pryaxin
P. 174
rgi Pryaxin

Maşını saxlayıb, oğlanı düşürdülәr. Burdan Levokumkaya
beş-on addımlıq yoldur, bәlәdçinin özü dә burada düşmәk istәyirdi,
amma rәhbәrә demәyә ürәk elәmirdi.

– Hәlәlik, – Trotski bәlәdçi ilә vidalaşdı, amma niyәsә ona әl
vermәdi. Bәlәdçi şey-şüyünü vә yolunub-tәmizlәnmiş vәhşi
qazları götürüb limuzindәn düşdü.

Yerlim bir müddәt yavaş-yavaş sürәt yığan limuzinlә bәrabәr
addımladı.

– Dayan, – rәhbәr açıq pәncәrәdәn onu sәslәdi, – al, götür.
Cibindәn zәncirli gümüş saat çıxarıb ona uzatdı.
Ağır, rәngi qaralmış saat idi: bu uşaqlar qızıl-gümüş hәrisidir.
Tәsadüfi deyil ki, çoxu zәrgәr ailәsindәn çıxıb. Amma Faberje
kimi insanları әlә almaq әvәzinә, hәr şeyi qırıb-dağıtmaq yolunu
seçiblәr. Yәqin, daha asan yoldur, hәm dә ucuz başa gәlir.
– Minnәtdaram.
Piyada ovçu birdәn-birә sürәt götürәn maşının toz-tüstüsündә
görünmәz oldu.
Otuz yeddinci ildә bәlәdçi oğlan bu qiymәtli saatı gizlicә,
bağların içiylә aparıb Kuma çayına tulladı.
Qolaylanıb atdı, sanki suya tilov atırdı.
Birinci sort gümüşdәn düzәldilmiş qotik ornamentli saat Ay
işığında, suda oynaşan körpә balıqlar kimi bir anlığa bәrq vurub
çaya qәrq oldu.
Ondan gәlәn xeyir Allahdan gәlsin!
Lev Davidoviç öz saatından cәmi iki il çox yaşadı.
O, müvәqqәti hökumәtin vaxtında, “inqilabi” hadisәlәrin
yeni-yeni başladığı günlәrdә Rusiyaya qayıtdı, cibindә Amerika
pasportu vardı. Ehtiyatı әldәn vermir, pasportu hәmişә üstündә
gәzdirirdi.

174
   169   170   171   172   173   174   175   176   177   178   179