Page 175 - pryaxin
P. 175
Xəzər yuxuları
***
Yuxarıda dediyim kimi, anamın yaxşı mahnı oxumağı vardı.
Düzdür, az-az oxuyardı – çox utancaq qadın idi. Onun toylarda
vә ya hansısa el şәnliklәrindә oxuduğunu görmәmişәm: özünü
heç vaxt gözә soxmur, qohum-әqrәbanın kürәyi, başqalarının
mәlahәtli sәsi arxasında gizlәnirdi. Hәtta müharibә veteranı,
çәkmәçi, bütün ukraynalılar vә xüsusilә dә çәkmәçilәr kimi zil
sәslә oxuyan Vasili Stepanoviç Kolodyajnı qәdәr dә deyildi.
Amma özü Kolodyajnını dinlәmәyi sevirdi – çәkmәçi yalnız
sәrxoş olmadığı vaxtlarda, iş görәrkәn oxuyurdu. İynә-çәkicini
mәharәtlә işlәdәn çәkmәçinin avazı pәrdә-pәrdә әtrafa yayılırdı.
Onun ayıq olmasından mәmnun qalan qadın sәssizcә bayır
tәrәfdәn qapıya yaslanır, qulaq asırdı. Anam yalnız axşamlar
qadınların toplandığı әylәncә mәclislәrindә oxuyurdu – Vasili
Stepanoviç növbәti dәfә meşә qırmağa yollananda kәnd arvadları
bir yerә toplaşıb dincәlirdilәr. Noyabrın yeddisi әrәfәsindә vә ya
Milad bayramında anam dörd-beş rәfiqәsini, dul qadınları, yaxud
sadәcә uşaqlarını tәk böyüdәn qadınları toplayıb qonaqlıq verirdi.
Orada nә içirdilәr, bilmirәm, amma başqa vaxtlarda dilinә içki
vurmayan anam bir qәdәh içәn kimi nәfәsi tutulur, sir-sifәti
qıpqırmızı olurdu. Oddan-alovdan keçmiş, çoxbilmiş rәfiqәlәri
sәs-sәsә verib ona gülürdülәr. Anam bax bu cür dul mәclislәrindә
oxuyurdu. Tәbiәtin maraqlı qanunları var – bәzәn görürsәn ki, әn
adi, gözәçarpmayan quşlar әn gözәl sәslә oxuyur. Anam heç vaxt
әfsanәvi Simurq quşu olmayıb – onun cavan vaxtlarını nәzәrdә
tutmuram. Qulağıma çatan söz-söhbәtdәn bilirәm ki, on altı
yaşında mәhәbbәt oxu daşa dәyib – istәdiyi oğlana vermәyiblәr.
Görünür, nә Mariya nәnәyә çәkib, nә dә öz xalasına, sözünü
deyib arxasında dura bilmirmiş. Anası “Tәkәbbürlü Aleksandra”
isә istәmirmiş ki, qızı göz görә-görә bacılarının yolu ilә getsin.
Bәs anası Aleksandra vә Vladimir Longinoviç dünyasını dәyişәndәn
sonra onların qovuşmasına nә mane olub? – Bunu heç kәs bilmir.
Bәlkә, anasının sevgilisinin tәlәm-tәlәsik evlәnmәsi? Bәlkә,
qadının sürgün edilmәsi, kasıblaşması, cehizsiz qalması? Nә
175