Page 180 - pryaxin
P. 180
rgi Pryaxin
Ayrılıq vә xiffәt nәsildәn-nәslә yığılıb, bir-birinin üstünә
qalaqlanıb. Bu sahildәn o sahilә, bu kurqandan o kurqana,
üfüqdәn-üfüqә bir-birini sәslәyәn insanlar.
Hәlә daha dәhşәtli vә uzaq mәsafәlәrdәn: bu dünyadan o
dünyaya bir-birini sәslәyәnlәri demirәm.
Bu yerdә, nәhayәt, heç bir kitabımda adı keçmәyәn Mamura
sәhnәyә çıxmalıdır.
IV FӘSİL
XAQANIN GӘMİSİ
Yayın qızmar çağı idi. Bu yerlәrin yayı çox isti, bürkülü
keçir. Qabarıq, nәhәng böyüdücü linzadan – bu yerlәrin sәmasından
keçib gәlәn bürkü sanki göz önündәcә maddilәşir, bәrkiyir.
Uşaqlıqda böyüdücü şüşәni günәş işığına tutanda görürdün ki,
qәzet parçasının üzәrindә fokuslaşan şüa görünmәyәn qızmar
neştәrә çevrilib: qәzet tüstülәnmәyә, saralıb-solmağa başlayır,
hәrflәr atılıb-düşür, bir azdan buxarlanıb әbәdiyyәtә qovuşur.
Belәcә, qәzet öz qısa ömrünü göz onündәcә başa vurur.
Bizim ikitәrәfli mübarәk linzamızın mәrkәzi hissәsi, yәqin
ki, Volqanın aşağı axınında, Avropa vә Asiya sahillәrinin birlәşdiyi
әrazilәrdә yerlәşir. Az qala Yer kürәsinin yarısını qarsan istilәr,
günәşdәn әsәn külәk mәhz burada bir yerә cәmlәnib, torpağın
dәrinliklәrinә işlәyir. Adama elә gәlir ki, hәr şey yanıb kül
olacaq.
Günәş öz ilahi, ağır damğası ilә tәkcә torpağı, ot-әncәri,
sünbüllәri yox, bütün canlıları damğalayır: onun hökmdar
möhürünün izi aylarla getmir, insanların üz-gözündә, uşaqların
yanıb-qaralmış sir-sifәtindә, şirәli meyvәlәrdә, hәtta qoyunların
yununda özünü göstәrir. Yaz qırxınından sonra qoyunların yunu
mis rәnginә çalmağa başlayır – soyuq, şaxtalı qış aylarında bu
yunun istisi tәkcә qoyunların özünә yox, insanlara da bәs elәyir.
180