Page 183 - pryaxin
P. 183
Xəzər yuxuları
xaqanı görmәmәli idi, daha doğrusu, onu ildә yalnız bir dәfә
görә bilәrdi. O da xaqan asma eyvana çıxanda vә ya ruh kimi
pәncәrәnin önündә görünәndә. Adi günlәrdә onu görәn kimi
tәbәә dәrhal üzüüstә yerә yıxılmalı, xaqan xeyli aralanandan
sonra ayağa qalxa bilәrdi. Әsgәr hәyatında bu qaydaya riayәt
etmәk bir qәdәr çәtin idi: hәtta imperiyada hakimiyyәti yavaş-
yavaş әlә almağa çalışan diribaş әcnәbilәrin dә ehtiyacı var ki,
hökmdar, ali baş komandan (hәm qanuna, hәm dә әsrlәrlә davam
edәn adәt-әnәnәyә görә әcnәbi knyazlar ali baş komandan vәzifә-
sinә yüksәlә bilmәzdi) hәrdәnbir öz döyüşçülәrini ürәklәndirsin,
onlara döyüş ruhu aşılasın (Svetayevanın yazdığı kimi: “ruh
çıxdı – Tanrı girdi”), hәtta savaşa sәslәsin. Amma yerdә üzüqoylu
uzanmısansa, necә savaşacaqsan? Belә savaşmaq olmaz axı,
rahat deyil. Uzanılı halda yalnız rahat ölmәk mümkündür.
Hökmdar döyüş meydanında qoşuna başçılıq etdiyi vaxtlarda
onun yanında böyük, cilalanmış, az qala projektor kimi hәr tәrәfә
işıq saçan mis güzgü gәzdirirdilәr. Güzgüdәki parıltılı, kosmik
cisim kimi işıq saçan obraz baxanların gözünü qamaşdırırdı. Ona
görә dә yaxından, diqqәtlә baxmaq mümkün deyildi. Nәticәsi dә
bu oldu ki, onu gizlicә başqası ilә әvәzlәyәndә xәzәrlәr xәbәr
tutmadı.
Dövlәt dә mәhv oldu – alma çiçәyinә sürfә qoyan, belәcә,
gәlәcәkdә meyvәni mәhv edәn yüngül kәpәnәksayağı (“çiçәkyeyәn”
kimi qorxunc ad almış böcәk) dövlәtin içinә sızmış әcnәbilәr
zaman keçdikcә hәr şeyi içәridәn dağıtdılar, yox etdilәr, axırda
isә özünü dә dәyişdirdilәr: әvvәlcә budaqdan alma sallanırdı,
sonra almayabәnzәr nәsә çürük bir şey sallanmağa başladı. Xarici
qüvvәlәr çox da әziyyәt çәkmәli olmadı: Sarıqala qalası әtrafında
bircә döyüş kifayәt elәdi.
“Sarıqala” rus dilinә tәrcümәdә – Ağ ev anlamını verir. Belo-
vejye…
Qәdim Sarıqala dağlıq әrazilәrin çöllüklә әvәzlәndiyi meşәsiz
torpaqlarda yerlәşirdi.
Xәzәr dövlәtinin daxili, astagәl işğalçıları yavaş-yavaş dağılışdı –
qәdim vaxtlardan bu yana, әn etibarlı transkontinental uçuş apa-
183