Page 188 - pryaxin
P. 188
rgi Pryaxin

“Svetok”1 sözü xәzәr dilindәn tәrcümәdә “çiçәk” demәkdir.
Çiçәk Bizans imperatoruna әrә gedәndәn sonra pravoslav dinini
qәbul edib, “İrina” adını aldı, hәtta әri ilә birlikdә, Çarqrad
knyaginyası Olqanı qәbul edib xaç suyuna saldı. Amma unudulmaz
Xәzәr ölkәsini viran qoyan mәhz Olqanın varislәri oldu.

Xәzәr xaqanları tez-tez füsunkar canlı hәdiyyәlәr alırdı:
mәlum olduğu kimi, hücum etmәmәk haqqında әn etibarlı
müqavilәlәr izdivac quranlar arasında, yataqda bağlanır.

Dәrbәnddә xaqan dәniz limanının inşasına, dәnizin içinә
doğru uzanan mudafiә divarının tikintisinә nәzarәt edirdi. Bu daş
divar hәm buxtanı tufan-borandan, hәm dә çağırılmamış yad
gәmilәrdәn qorumalı idi. Lakin Dәrbәndә fәlakәt dәnizdәn
gәlmәdi: hunlar – bu qarşısıalınmaz quru külәklәri – dağlardan
enmәyә başladı. Dәrbәndlilәr bu tәrәfdәn heç bir dәrd-bәla
gözlәmirdilәr, onlara elә gәlirdi ki, dağlar alınmaz qaladır, oradan
keçib bu yerlәrә hücum etmәk mümkün deyil. Amma hunlar
başqa fikirdәydi.

Öz enli sağrılı, alçaq atlarının sәrt, quru yalmanına bәnzәr
uzun saç saxlayan hunlar tәkcә döyüşçülәri yox, mәsum uşaqları
belә, hökmdar sarayının divarlarından vә qüllәlәrindәn aşağı
atırdılar.

Әfsanәyә görә, çinlilәr hunların әcdadını öz dәdә-baba yur-
dundan qovub-çıxardaraq, min gün onları tәqib ediblәr. Nәhayәt,
hunların başbilәnlәri belә qarar veriblәr: әvvәlcә döyüşçülәr
gedir, uşaqlar, qadınlar, qocalar arxada qalır. Bu, demәk olar,
arxada qalanların hamısının ölümә mәhkum olunması demәk idi.
Әn sürәtli sәrkәrdәlәrdәn biri sayılan Makedoniyalı İsgәndәr
yürüşlәrdәn birindә öz qoşunu ilә birgә, gündә orta hesabla otuz
kilometr yol gedirmiş. Bu zaman onun qoşununda nә qadın, nә
uşaq, nә dә qocalar varmış. Hunlar isә gündә iyirmi altı kilometr
qәt edirmiş – min gün. Öz ailәlәrinin düşmәn әlindә mәhv olması
ilә barışan döyüşçü hunlar, nәhayәt, çinlilәrin tәqibindәn yaxa
qurtarır. Artıq Dneprin qamışlı sahillәrindә özlәrinә başqa qadınlar
tapırlar – Allah bilir, hansı tayfaların qadınlarını özlәrinә arvad
edirlәr. Yeni arvadlar onlara yeni uşaqlar doğur. Görәsәn, bu

1Çiçəyin rus dilində adı

188
   183   184   185   186   187   188   189   190   191   192   193