Page 193 - pryaxin
P. 193
Xəzər yuxuları

bundan artığına iddia edә bilmәzdilәr. Xaqanın satraplarına imkan
verilsәydi, onların ağzını da, dallarını da tikәrdilәr.

Ağızlarını tikәrdilәr ki, artıq-әskik danışmasınlar, dallarını
isә – bunu kim bilmir ki? – әmәk mәhsuldarlığını artırmaq üçün.

Xәzәrdә yapışqan emalı ilә mәşğul olanların (onların çoxu
evsiz, torpaqsız, kimsәsiz adamlara çevrilirdi, çünki cavan
vaxtlarında qızlar onlara yaxın durmurdu, burunlarını tutub
qaçırdı, qocalandan sonra isә özlәri qızlara yaxın getmirdı –
çәkmә arağın iyi daha xoş gәlirdi) üzdә olan sirrindәn bütün İtil
xәbәrdar idi: yapışqan düzәldәrkәn, balıq iylәnmiş olmalıdır: әt
sümükdәn asan qopsun deyә.

İy-qoxu isә möhkәmlik üçündür.
Bәlkә, әşyaları, varlıqları bir-birinә yapışdıran, bir-birinin
yanında saxlayan elә qoxudur. Bax kişini vә qadını da – bir-
birindәn bu qәdәr fәrqlәnәn heç nә yoxdur – yalnız qoxu birlәşdirir.
Qoşun böyüklәri dә piylәnmәyә meyilli idilәr. Dünәnki
nökәrlәr ağa olmuşdular. Çoxu әvvәllәr sıravi әsgәr, bala çoban
vә biyara işlәyәn, töycü verәn insanlardan zәngin, yanağından
qan daman әyan-әyşrәfә çevrilmişdi. Әsgәri xidmәtin “mәhru-
miyyәtlәri” onların zahiri görünüşünü tamamilә dәyişdirmişdi:
çoxu dәrisinә sığmırdı. Onların qiymәtli hәdiyyәlәrini qәbul
edәrәkәn, xaqanın dişi bağırsağını kәsirdi: hökmdara mirvari,
daş-qaş, mәhәbbәt macәraları yox, torpaq lazım idi. Xaqan
çoxdandır ki, yeni torpaqlar tutmurdu.
Maraqlıdır, imperiyanı genişlәndirmәyәn, heç bir qәlәbә
qazanmayan qoşun başçıları dövran sürmәklә mәşğul idilәr: söz-
söhbәt gәzirdi ki, imperiyanın әyalәtlәrindә, xaqanın gözündәn
uzaq yerlәrdә (onlar burada hәm Tanrını, hәm dә xaqanı tәmsil
edirdilәr) tikdirdiklәri malikanәlәr, dәbdәbәsinә görә, onun
saraylarından geri qalmır. Bәlkә, ona görә piylәnirlәr ki, çoxdandır
qәlәbә deyilәn şey yoxdur?
Belә çıxır ki, xaqanın gecә-gündüz özünә dәrd elәdiyi itkilәr
onlar üçün qazanc mәnbәyinә çevrilib. Xaqanın gözünә yuxu
getmir, onların isә dünya-alәm vecinә deyil.

193
   188   189   190   191   192   193   194   195   196   197   198