Page 194 - pryaxin
P. 194
rgi Pryaxin
***
Hәrbi şuranın toplantısı başa çatandan sonra hәmişә ziyafәt
qurulurdu. Böyük zәfәr qazanmış döyüşçülәr kimi kef edirdilәr.
Xaqan birinci vәzirin qulağına pıçıldadı ki, mәclisi axıra kimi
davam etdirsin – mühafizәçilәrdәn başqa, heç kәs onun arxasınca
gәlmәsin deyә – özü isә gizli qapıdan çıxıb getdi. Qalanı ani
hücumla, bir hәmlәdә almaq mümkün deyildi. Qalanın әtrafı isә
adi hasarla dövrәlәnmiş yaşayış zonası idi. Burada, pәncәrәlәri
mikadan düzәldilmiş, hәr birinin yanında kiçik әkin sahәsi olan
daxmalarda tәhkimçi әsnaf yaşayırdı. Darvazanın o tәrәfindә,
hasarı-barısı olmayan sahәlәrdә bağ-bostandan savayı, heç nә
gözә dәymirdi. Adda-budda palçıq daxmalar, müvәqqәti tikililәr,
qamış evciklәr görmәk olardı: әyan-әşrәfin qәzәbinә, tәhdidlәrinә
mәhәl qoymayan sadә insanlar hәr vәchlә qalanın yaxınlığında
mәskunlaşmağa çalışırdılar. Çünki böyük çәmәnlikdә arxayın-
arxayın uzanmış südlü ağ inәyin yanında dolanmaq daha asandır.
Xaqan otuza yaxın atlının müşayiәti ilә, rәqs edәn durna
şәklindә düzәldilmiş arabada, qalanın dәmir qapısından çıxıb
subasar çәmәnliklәrә doğru irәlilәmәyә başladı. Bu arabanı ona
Bizans imperatoru hәdiyyә etmişdi. Konstantinopolun Şәrqlә vә
gah dava-dalaş salan, gah da özünә arxa-dayaq axtaran Qafqazla
әlaqәlәrindә sanitar funksiyasını yerinә yetirәn Xәzәrin rolunu
imperator çox yüksәk qiymәtlәndirirdi.
Xaqanı görәn kimi insanlar hamar yoldan çәkilir, dәstә-dәstә
üzüüstә düşürdü. Qarnı-başı açıq uşaqlar heç cür üzüüstә yıxılmaq
istәmir, barmağını ağzına soxub, vecsiz-vecsiz, yerә uzanmış
valideynlәrinin, onların әllәrindәn tutub aşağı çәkmәsinә mәhәl
qoymadan keçib-gedәnlәrә tamaşa edirdilәr. Xaqan gözucu bu
uşaqlara baxıb kәdәrlә gülümsәyirdi: qaydalara riayәt etmәyәn
xalqa başçılıq etmәk, doğrudan da, darıxdırıcı vә kәdәrlidir.
Әlinin hәrәkәti ilә müşayiәtçilәrә buyurdu ki, xalqa pul sәpsinlәr.
Üzüqoylu uzananlardan heç kәs qımıldanmadı, sanki bu gözlәnilmәz
qızıl yağışını görmürdülәr. Yalnız gözlәri ilә altınların düşdüyü
yeri manşırlayırdılar: xaqan, başının dәstәsi ilә, düz iki yüz
194