Page 199 - pryaxin
P. 199
Xəzər yuxuları

– Özün bilәrsәn, – qәrib kişi gözәrini yerә dikdi.
Xaqan әsgәrlәrә tapşırdı ki, kişini buraxsınlar, qoy hara
istәyir, getsin. Sәn demә, kişi heç yana getmәk fikrindә deyilmiş,
qala divarının yaxınlığında mәskәn salıb yaşayırmış.
Müşayiәtçilәr karıxıb qalmışdı: xaqan onların gözü önündә
casusa mәrhәmәt göstәrmiş, onu bağışlamışdı. Qoynunda ilan
bәslәmәkdәn qorxmur?
…Xaqanın arabası yerindәn götürüldü, mühafizәçilәr birdәn-
birә canlandı, şadyanalıq nidaları әtrafı bürüdü. Atlıların sәliqәli
sırası pozuldu – heç kәs xaqanın arabasından geridә qalmaq,
eyni zamanda, başaqalarını irәli buraxmaq istәmirdi. Kimsә
әvvәlcәdәn hazır saxladığı şahini havaya buraxdı, quş sürәtlә
sәmaya yüksәlmәyә başladı. Әnginliyә yüksәlәn şahin sanki bu
hay-küylü dәstәni görünmәyәn iplә öz arxasınca çәkir, onları da
özüylә birgә havalandırırdı.

***

Haqq dünyası, doğrudan da, varsa, işıqlı dünyada çәkdiyimiz
әzablardan sonra bizdәn әvvәl dünyasını dәyişәn yaxınlarımızla
orada görüşәcәyiksә, çox gözәl. Sergey artıq belә bir görüşü
repetisiya etmişdi – yaşıötmüş, başqalarının yolunda can
çürütmәkdәn әriyib balacalaşmış rayon cәrrahının müdaxilәsindәn
sonra Sergeyi elә hәmin maşında evә gәtirdilәr. Başını elә çox
bintlәmişdilәr ki, tanımaq olmurdu. Ona elә gәlirdi ki, başı
böyüyüb, hәm dә, deyәsәn, xeyli ağıllanıb. Maşının sahibi –
bәdbәxt sürücü Sergeydәn dә çox qorxmuşdu – o, Sergeyi
xәstәxanaya çatdırandan sonra dәrhal xәstәnin dayısının vә
xalasının ardınca yollandı. Bayram nümayişindәn yarımçıq
qayıdan, qorxudan sarısını udan qohumlar sakitcә oturub Sergeyin
o dünyadan qayıtmasını gözlәyirdilәr. Elә bilirdilәr, astagәl rayon
hәkimi hәddәn ziyadә lәng hәrәkәt edir. Bir neçә saatdan sonra
sürücü onların üçünü dә evә gәtirdi. Böyüklәr onu qiymәtli şahid

199
   194   195   196   197   198   199   200   201   202   203   204