Page 197 - pryaxin
P. 197
Xəzər yuxuları

әrzindә öz әcәli ilә ölmәsә, artıq onun nazı ilә oynamır, öldürüb
o dünyaya yola salırdılar. Bu xaqan on doqquz yaşında taxt-taca
yiyәlәnmişdi. Özü dә onu şәhәr bazarının piştaxtası arxasından
gәtirib taxta oturtmuşdular. Birinci vә әsl peşәsi çörәkçilik idi.
Bişirdiyi çörәklәri sәhәr-sәhәr bazarda satmaqla mәşğul olurdu.
Paytaxtda әn yaxşı çörәkçi kimi ad çıxarmışdı. Bәlkә dә, indi is-
tehzayla fikirlәşirdi ki, onu ağsaqqallara rәqiblәri mәslәhәt görüb,
yaxasını tanıdıblar. Nәticәdә bütün zamanların әn etibarlı taxt-
tacından – piştaxtadan mәhrum olub. Belәcә, taxt-tacını da,
çörәyini dә әlindәn alıblar. Әvәzindә isә mütәrәddid, etibarsız
şeylәr veriblәr. Ağsaqqalların demәyindәn belә çıxırdı ki, bu
cavan çörәkçi qәdim Xәzәr nәslinin sonuncu nümayәndәsi,
sәltәnәtin varisidir, bundan sonra xaqanlığı mәhz o, idarә etmәlidir!

İstәdiyi adamla – yalnız bir nәfәrlә – vidalaşmaq üçün ona
iyirmi beş dәqiqә vaxt verdilәr. Xaqan yaraşıqlı, yetim uşaq idi,
bazarda hamı onun xәtrini istәyirdi. İtildә tәsәrrüfat işlәrinә
baxan bütün qadınların (cavan, utancaq qızlardan tutmuş, diribaş
qadınlara vә qaz kimi vacib görkәm alıb, gәzәn qarılaracan)
sevimlisi idi. Amma onlardan yalnız biri ilә vidalaşmaq istәdi.
On beş yaşlı qızla. Hәr sәhәr közәrmiş tәndirdәn Bizans mәbәdlәrini
xatırladan gözәgәlimli, әtirli çörәklәri çıxarıb bazara getmәyә
hazırlaşarkәn bu qız hardansa peyda olur, yüklü uzunqulaq
arabasının yanınca birgә yol gedirdilәr.

Uzunqulağın güc-bәla çәkib apardağı arabadan әtrafa yayılan
çörәk qoxusu, demәk olar, bütün İtili yuxudan ayıldırdı.

Sәhәr tezdәn onun yanına gәlә bilmәk üçün qız İtilә şimal
tәrәflәrdәn köçüb-gәlmiş ailәsini aldatmalı olurdu. Qaça-qaça
keçib-gәldiyi bağların mübarәk sәrinliyi qızın vücuduna hopurdu.
Onu dizlәri üstә oturdub, bәrk-bәrk özünә sıxan gәlәcәk xaqana
elә gәlirdi ki, sirli-sehrli meyvә bağlarının әn şirәli, әn dadlı
meyvәsini dәrib.

Qızın sәliqәylә daranmış sarışın saçları bahar qoxuyurdu,
başında hәmişә çiçәklәrdәn düzәldilmiş çәlәng-tac olurdu.

– Sәn mәnim әn lәzzәtli bulkamsan, – oğlan ehtiraslı, mәhrәm
sәslә onun qulağına pıçıldayırdı. Qız tac qoyulmuş başını arxaya
ataraq uğunub-gedir, şaqraq gülüşünün sәsi uzaqlara yayılırdı.

197
   192   193   194   195   196   197   198   199   200   201   202