Page 196 - pryaxin
P. 196
rgi Pryaxin

Xaqan qaşını tәrpәtdi, bir az bundan әvvәl qocanın boynunu
vurmağa hazır olan әsgәr әlini sakitcә çiynindәn aşırdığı dәri
çantaya saldı, bir ovuc qızıl sikkә çıxarıb, yerә uzanmış kişinin
kürәyinә atdı.

Yaşlı kişi qımıldanmadı. İki il әvvәl, әsir alınmış bu rus
kişisini xaqanın hüzuruna gәtirmişdilәr. Xaqan hәrbi şuranın
toplantısından sonrakı әnәnәvi ziyafәtdә oturmuşdu. Qolları at
tükündәn kәndirlә bağlanmış kişini gәtirdilәr: yaşlı olsa da, canı
bәrk idi, ondan nә desәn, gözlәmәk olardı. Baxışları toqquşdu.
Qonur vә yaşıl gözlәr, yer vә göy. Xaqanın әmri ilә kişinin
qollarını açdılar.

– Hardan tutmusunuz? Nә iş görürdü? – Xaqan soruşdu.
– Bizim kәndlәri dolaşır, qoşun hissәlәrinә gedir, xristianlığı
yaymaqla mәşğuldur. Hәyazıscasına iddia edir ki, bizim dövlәti
nә islam, nә dә iudaizm xilas edә bilәr, nicat yolu xristianlıqdadır, –
bütün sәdaqәtli tәbәәlәr kimi gözlәri işıldayan qoşun başçısı
tәlәsә-tәlәsә mәlumat verdi.
– Hm… Belә de!
Әsgәr әsirin qollarını açarkәn, yenidәn baxışları toqquşdu.
Xaqan ona arxasınca gәlmәyi әmr edib geniş otağına keçdi.
Ölüm tәhlükәsi ilә üz-üzә qalmış qocayla on-on beş dәqiqә
söhbәt elәdi. Qızıl suyuna çәkilmiş qapının o tәrәfindә әsgәrlәr
mühafizәçilәrlә birgә, bir ayağını qaldırıb, birini qoyurdu.
– Sәnin biliklәrin nisbidir, – üzbәüz söhbәtin axırında xaqan
dedi, – mәnimki isә mütlәqdir.
– Niyә?
– İnsanın әn çox istәdiyi nәdir? Öz ölümünün vaxtını, saatını
әvvәlcәdәn bilmәk. Mәn bunları bilirәm. Buna nә sözün? Ömrümün
sonuna beş il qalıb, – hökmdar başını qaldırıb daş-qaşla bәzәdilmiş
әbәdi tәqvimә baxdı – üzәrinә ipәk pәrdә çәkilmiş tәqvim onun
qarşısındakı divardan asılmışdı. – Bu, sәhәrçağı baş verәcәk, –
barmaqlarını oturduğu kreslonun naxışlı qoluna döyәclәyәrәk,
qarşısında dümdüz dayanmış kişinin gözünün içinә dikildi.
Rus bilirdi ki, yәqin, hәr şey onun dediyi kimi olacaq.
Xәzәrlәr hökmdarı qırx beş illiyә seçirdilәr. Әgәr bu müddәt

196
   191   192   193   194   195   196   197   198   199   200   201