Page 192 - pryaxin
P. 192
rgi Pryaxin
belә çıxırdı ki, onsuz da ona mәxsus olan şeylәri hәdiyyә edirdilәr.
Fikirlәşirdi ki, bu mallar başqalarının әlindәn alınmayıb, elә
onun özündәn oğurlanıb. Xaqana hәdiyyә vermәk istәyәnlәrin
sayı-hesabı yox idi: sarayın әtrafında tülüngü insanların әlindәn
tәrpәnmәk olmurdu. Onlar xaqanı öz әllәri ilә yedirmәyә hazır
idilәr – necә ki qartalı bıçağın ucundakı әtlә yemlәyirlәr. Hamısının
yeganә mәqsәdi haçansa xaqanın ürәyini әlә almaq, elә hәmin
bıçaqla kәsib-yemәk idi. Hәyatda hәr şey ola bilәr… Amma
әsgәrlәr özlәrini onlara tay tuta bilmәzdi: döyüşçünün işi başqadır.
Hökmdar hiss edirdi ki, dövlәtin daxili orqanları artıq
yağlanmağa, piylәnmәyә başlayıb – hәm müstәqim, hәm dә
mәcazi anlamda. Hamı xәzinәyә yaxın olmağa çalışır. Xәzinәni
doldurmağa mükәllәf olanlar, xüsusәn dә xәrclәmәlәrә nәzarәt
edәnlәr gün-gündәn şişir, kökәlir, zәnginlәşir.
Xaqanlığın maddi rifahı gömrük rüsumları (dünyanın ayrı-
ayrı hissәlәrini birlәşdirәn daha tәhlükәsiz vә qısa yol tapmaq
çәtin idi) vә balıq ovçuluğu ilә tәmin edilirdi. Balıqdan alınan
yapışqan “maye qızıl” adlanırdı – Xәzәr xaqanlığı dünyanın hәr
tәrәfinә külli miqdarda maye qızıl ixrac edirdi. Ada balıqlarının
qığırdağını vә pulcuqlarını qaynadıb, yapışqan alan sәnәtkarların
emalatxanaları İtilin havasını korladıqları üçün Ağ şәhәrdәn,
Xәzәrandan kәnara çıxarılmışdı. Nә olsun ki, Xәzәran daha çox
onların iyli-qoxulu әmәksevәrliyinin hesabına cah-calal içindә
üzürdü? Cah-calal, mәlum olduğu kimi, bu cür iyli şeylәrdәn
başlayır. Bu kәsif qoxulu maddәylә dәmiri dә yapışdırmaq olurdu.
Dünyada analoqu yox idi. Yapışqanın hazırlanma texnologiyasını
göz bәbәyi kimi qoruyan üç tәrәf vardı: Ana Volqa, Volqanın
talesiz balığının özü, bir dә yapışqan emal edәn zavallı xәzәrli.
Buxardan-buğdan nәfәs ala bilmәyәn, yarıçılpaq ustalar qırx
yaşında astma xәstәliyinә tutulur, әyyaşa çevrilirdilәr – daxili
orqanlarına çökmüş şeytanı digәr şeytanla qovmaqdan başqa
çarә yox idi. Onlar milyonlarla barel “maye qızıl” emal etsәlәr
dә, bir qarnı ac, bir qarnı tox ömür sürürdülәr. Bir müddәt bundan
әvvәl qılıncının dalı da, qabağı da kәsәn bu әmәksevәr insanlar
192