Page 189 - pryaxin
P. 189
Xəzər yuxuları

uşaqlar da әvvәlkilәr kimi sevimliydilәr? İtkilәrin acı xatirәsi
nәsildәn-nәslә keçәrәk, Dәrbәndә qәdәr gәlib çıxmışdı. Yad
uşaqların şirin qanı hunları ayıltmır, әksinә, beyinlәrini daha çox
dumanlandırırdı.

Bu, sevgidәn mәhrum olmuş, anaları tәhqir edilmiş, öldürülmüş
dünәnki uşaqların intiqamına bәnzәyirdi.

Qız qalası anaların sel kimi axan göz yaşına qәrq oldu.
Dәrdlәr, müsibәtlәr onu göz önündәcә yaşlandırdı…

Xaqanın Dәrbәnddә olduğu vaxtlar gün dönümünә tәsadüf
edirdi: günәşin әn uca nöqtәyә qalxdığı, hәr yerdә bahar nәfәsinin
duyulduğu günlәr. O, günәşi haqlayandan sonra geriyә üz tutur,
bu dәfә ondan qaçırdı.

Mayın axırında karvan şimal-qәrbә doğru hәrәkәt etmәyә
başlayırdı. Bir dәfә xaqanın karvanı Seryoqanın vәtәnindәn keçib-
getdi.

***

Mәktәb yaşına çatana qәdәr Sergey qanı qarışıq olduğundan,
necә deyәrlәr, onun prioritet tәrkibindәn xәbәrsiz idi. Lap kiçik
vaxtlarından bu yana öz sifәtindә ümumi qәbul olunmuş normadan
fәrqli heç nә sezmәmişdi. Sergey doğulanda müharibәnin qanlı-
qadali illәri arxada qalmışdı. O, anası ilә birlikdә, kәndin
kәnarındakı evdә yaşayırdı. Özü kimi dәcәl, nadinc uşaqlarla
dostluq elәyirdi. Onda kiçik uşaq idilәr – onu heç kәs barmaqla
göstәrmirdi. Qusev Sergey Nikitoviç hamısından kiçik idi. Sonralar –
yalnız birinci sinfә gedәndә Sergey başa düşdü ki, burada nәsә
bir әmma var. Bu, başqa kәndin mәktәbiydi. Bu böyük kәndin
әhalisinin çoxu ruslar idi, nisbәtәn şimalda yerlәşirdi. Blaqodarnı
(kәndin adı belә idi) bir vaxtlar qәza şәhәri imiş, hәtta o vaxtlar
әldәn-ayaqdan uzaq yer sayılan Svyatoy Krest dә onun inzibati
dairәsindәymiş. Sinifdәki uşaqların hamısı (otuz uşaq) sarışın
idi, tәkcә o, yanmış kibrit çöpünә bәnzәyirdi. Bәlkә dә, bunu ona
hiss etdirmişdilәr; Nikolada özününkülәrin içindәydi, ünsiyyәtdә

189
   184   185   186   187   188   189   190   191   192   193   194