Page 187 - pryaxin
P. 187
Xəzər yuxuları
balıqların haça quyruğu yerlә sürünür, arxasınca qәribә izlәr
buraxırdı. Cürbәcür әcaib ov quşları, mamaçanın qana bulaşmış
әllәrini xatırladan әllәrin çıxarıb kiçik çәllәklәrә doldurduğu,
hәlә buğlanan balıq kürüsü – bütün bunları arxa qapıdan keçirib
xaqanın stolunun üstünә, әn azından, onun çoxsaylı, yemәklә
doymaq bilmәyәn әyanlarının süfrәsinә gәtirmәk üçün әldәn-
ayaqdan gedirdilәr. Nәticәdә ayaqyolunu tәmizlәyәnlәrin işi
çoxalırdı – onlar ifrazatı başqa çәllәklәrә doldurub, oğurluq qızıl
kimi, gizlicә uzaqlara daşıyırdılar.
Xaqan isә kütüm yemәyi xoşlayırdı. Volqanın sularında, nә
qәdәr istәsәn, nәrә balığı, ağbalıq-filan tutmaq olardı. Amma
kütüm Xәzәr dәnizindәn savayı, heç yerdә yaşamır. Uzunluğu
yarım metrә çatan, su pәrisi kimi ağappaq, su pәrisi kimi
qığırdaqsız, çox lәzzәtli kütüm. Bu balığın zәrif, ağızda әriyәn
yağlı әtinin dadı damaqdan getmir. Günәşin altında qaxac edilmiş
balığa kәnardan baxanda adama elә gәlir ki, onu mavi dәnizdәn
yox (әslindә, Xәzәrin suları mavi deyil, ağdır), әrimiş kәhrәba
dәnizindәn tutublar. Xaqan yelqanadlı atını minib ucsuz-bucaqsız
çöllüklәrdә sayqak qovalayır, vaşaq vә vәhşi keçi ovlamaq üçün
dağa qalxırdı. Bu zaman onun arxasınca daşıdıqları şey-şüyü
qatırlara vә uzunqulaqlara yüklәmәli olurdular.
Әlahәzrәt sfinksin ardınca diplomatik hәyat da yer dәyişirdi:
xaqan Әrәb xiafәtinin, Xivәnin, Bizansın elçilәrini Dәrbәnddә
qәbul edirdi. Elçilәr özlәri ilә karvan-karvan hәdiyyәlәr gәtirirdilәr
vә bütün bunlar, sonuncu dәvәyә kimi, tәchizatçılara tәhvil
verilirdi. Saray tәsәrrüfatı hәr şeyi udur, içәri ötürürdü. Xaqan
qonaqlara borclu qalmırdı, onun hәdiyyәlәri elçilәrinkindәn dә
qiymәtli vә büsatlı olurdu. Burada nәlәr yox idi: palıd çәllәklәrdә
nәrә balığı, qızıl külçәlәri, qızıl külçәsi kimi ağır, zәr-zibalı
paltarlar, Çindәn gәtirilmiş ipәk, hәtta ruslardan müsadirә edilmiş
vә pulla alınmış samur xәzi. Xәzәr xaqanlarından birinin qızı
xüsusi karvanla, böyük dәbdәbәylә Konstantinopola yola salınmış,
orada imperatora әrә getmişdi.
187