Page 184 - pryaxin
P. 184
rgi Pryaxin

ratı qızıl sikkәlәrlә ağzınacan dolu olan dәri kisәdir – xәzәrlәrin
özü isә, xüsusәn dә imkansızlar birdәn-birә başqa-başqa dövlәtlәrin –
tayfaların әsarәti altına düşdü vә sonradan tamamilә assimilyasiyaya
uğradı: artıq onların izini tapmaq da müşkülә çevrilib – Gil sivi-
lizasiyası.

Mәnzәrәni göz önünә gәtirin. Minlәrlә insan küçә boyunca
evlәrin divarlarına qısılıb, imperator yaxınlaşanda növbәylә,
dәstә-dәstә üzüüstә yerә yıxılırlar. Doğrudur, bәzilәri qorxusunu
yenib, başı yerә dәyәnәcәn әyilib tәzim edәn kölәlәr sayağı,
tәkcә dalını yox, qaşını da qaldırırdı: gözucu da olsa, oğrun-
oğrun, gizlicә bu canlı ilahi varlığı görmәk istәyi güc gәlirdi.
İlahi varlıq isә, tәәssüf ki, pәncәrәsi rәngbәrәng şüşәlәrdәn olan,
xüsusi düzәldilmiş sәyyar sarayda hәrәkәt edirdi. Hökmdarın
mobil imarәtinin altındakı platformanı, boynunu oynanda-oynada
iyirmi cins ayğır çәkib aparırdı.

Hamı üzüüstә yıxılmalıydı: birdәn hökmdar pәncәrәdәn
baxmaq fikrinә düşsә, heç kәs onunla göz-gözә gәlmәyә ürәk
elәmirdi.

Bu, indiki stadionlarda “fanat dalğası”nı xatırladırdı.
Gülmәyin: Sankt-Peterburq salınanda yazılı qayda qoyulmuşdu:
Birinci Pyotru görәn kimi üzüüstә yerә yıxılmalıydın. Pyotr
palçığa batmış (üzüüstә yıxılanların kәnara sıçratdığı palçıq?)
uzunboğaz çәkmәdә tikinti meydançasına tәşrif buyurur, onu
görәr-görmәz bütün rәngsazlar, dülgәrlәr, bәnnalar sırayla yığılmış
odun qalağı kimi üzüqoylu düşürdülәr. Bu zaman әllәrindәki
alәtlәri yerә atmağa da macal tapmırdılar. Lәnәt şeytana, iş
görmәyә vaxt qalmırdı. İşgüzar, bacarıqlı Pyotr isә böyük
quruculuq işlәrini lәngidәn bu arxaik qaydanı lәğv etmәk üçün
bir neçә il (kağız üzәrindә yazılmış әmrlәrә düzәliş vermәk
asandar, xoşniyyәt, sәdaqәtli tәbәәlәr olan rusların beynini düzәlt,
görüm necә düzәldәcәksәn!) әmәk sәrf etmәli oldu.
Amma bir mәqamı nәzәrdәn qaçırmaq olmaz, dostlar, Pyotr
sonuncu Xәzәr xaqanından az qala yeddi yüz il sonra yaşayıb.
Çox vacib mәqamdır.
Xaqanın ölüsünü görmәk dә heç kәsә әl vermirdi. Xaqan
dünyaya göz yumanda, ona suyun altında qәbir (bir yox, bir neçә

184
   179   180   181   182   183   184   185   186   187   188   189