Page 179 - pryaxin
P. 179
Xəzər yuxuları
zәngin deyil, hәm dә saatlarla bağıra-bağıra mahnı oxuyan yaşda
deyildik. Mahnılarımız bir-birinә çox oxşayırdı. Bәzi sözlәrini
başa düşdüyümә görә belә demirәm. Aydın idi ki, bizi ümumi
dәrd-qәm, kәdәr sehrlәmişdi. Bu melodik kәdәrin vә әzabların
mәnşәyini özüm üçün belә aydınlaşdırdım: biz iki yüz il zülm
çәkmişik, bolqarlar beş yüz il. Bәlkә, ona görә bolqarların kәdәri
bizimkindәn daha böyük, daha ağrılıdır. Biz dә beş yüz il boyun-
duruqda qalsaydıq, onlarla bәrabәrlәşәrdik.
Mәni әn çox tәsirlәndirәn, müsiqi müşayiәti olmadan oxuyan
qadının sәslәndirdiyi mahnı oldu. Bu, dibsiz uçurumlara vә ya
ucsuz-bucaqsız genişliklәrә, dağlardan, vadilәrdәn dә o tәrәfә
ünvanlanmış çoşqun, ehtiraslı çağırış idi… Yolyoldaşlarım –
Bolqarıstan Yazıçılar Birliyinin sәdri Nikolay Petev vә şair İvan
Stanevin dediklәrinә görә, amerikalılar kosmosa mәhz bu sәsi,
bu mahnını göndәriblәr. Titrәyişlәrin amplitudası vә sәs tembri
eksperimentin tәlәbinә uyğun olub. Bildiyimә görә, mahnının
mәtni amerikalıları maraqlandırmayıb. Yalnız ekspressiv sәs
parametrlәri! Mәnim zövqümlә tanımadığım amerikalı intellek-
tualların musiqi qavrayışının üst-üstә düşmәsinә tәәcüblәndim.
Әslindә amerikalılarla razılaşdığım mәqamlar çox azdır. Hәqiqәt
naminә demәliyәm ki, onlar da mәni saya salmır (mәnim fani
varlığımdan xәbәrlәri olmasa da).
İşә bax: xalq nәğmәkarına әlli min dollar verib yola salıblar.
Axı bu, nә “Sabahın xeyir, Amerika”dır, nә dә hindu fәryadı.
Slavyan mahnısıdır. İndiyәcәn eşitdiyim әn kәdәrli mahnı.
Bir daha öz anamı xatırladım. Onun hәmişә tәklikdә oxuduğu
mahnıda bu sözlәr tez-tez tәkrarlanırdı: “Bu beş almanı götür,
apar hәdiyyә ver ona…”
Bu müraciәtin kimә ünvanlandığını bilmirәm. Bәlkә dә, quşa,
qaranquşa xitab edir. Ağ düyünçәdә, ağ yaylıqda beş alma. Ona –
kimә? Sevgilisinәmi? Müharibәdә hәlak olmuş sevgilisinә?
Qardaşınamı? Görәsәn, niyә ayrı düşüblәrmiş? Hәbsxana? Katorqa?
Yәqin ki, burada qürbәtdәn söhbәt gedir. Yoxsa “hәdiyyә”ni niyә
qaranquşla göndәrsin ki?..
Canım-gözüm, qaranquş…
179