Page 191 - pryaxin
P. 191
Xəzər yuxuları

vә Kumanın (doğma kәndi dә bir vaxtlar Terek quberniyasına
daxil idi) kәnarı ilә irәlilәyәrәk, şimal-qәrbә doğru hәrәkәt edәn
karvanı tәsәvvürünә gәtirmәyә çalışır. Karvan Nikolanın içindәn
keçib-gedir. Gözoxşayan yaşıl vadidә karvanın әvvәli vә axırı
görünmür. Әtrafda saysız-hesabsız qoyun sürülәri gözә dәyir,
günortaçağı qoyunlar bir yerә toplanaraq, başlarını biri-birinin
qarnının altında gizlәdib, elә bil hamısının boynu vurulub. Dәrin
su quyularının üstündәki cırıldayan, böyük zarlı çarxlara dәvәlәr
qoşulub. Dәvәlәrin diqqәti yayınmasın deyә gözlәrinә dәridәn
xüsusi örtük çәkilib…

İyun ayında xaqan gәlib Sarkelә çatırdı. Fortifikasiya elminin
son nailiyyәtlәri әsasında, Don çayının burulduğu yerdә, indiki
Rostov vә Volqoqrad vilayәtlәrinin sәrhәdindә Bizansın әn yaxşı
mühәndislәri tәrәfindәn inşa edilmiş mәşhur Sarkel qala-istehkamı.
Sonralar Sovet Rusiyası, Sovet İttifaqı yenicә tapılmış qalanın
qalıqlarının yerindә tәlәm-tәlәsik su hövzәsi düzәltdi. İndi
“Simlyansk dәnizi” adlanır. Tәlәsirdilәr, çünki xәzәrlәrin ağ
daşdan tikilmiş Kiyev Rusiyasına tәsirini qәbul etmәk istәmirdilәr.
Alimlәrin etirazlarına da mәhәl qoymadılar. Ağır gәmilәrin Sar-
movodan Qara dәnizә, oradan isә dünya okeanına çıxması üçün
yol lazım idi…

Xaqan iki hәftә burada qalırdı. Bu qala onun nәhәng dövlәtinin
qüdrәtini tәcәssüm etdirirdi. Xaqan qalanın arxitekturasına öz
әliylә kiçik dәyişikliklәr etmişdi: bu, sonradan varlanan oğulun
ona miras qalmış malikanәni öz zövqünә vә dәbә uyğun şәkildә
dizayn etmәsinә bәnzәyirdi.

***

Sarkeldә xaqan hәrbi şuranın illik toplantısını keçirirdi. Qoşun
böyüklәri özlәrini xarici ölkәlәrin elçilәri kimi aparırdı: hәr biri
özüylә heyvan sürülәri, qatırlara vә uzunqulaqlara yüklәnmiş
qiymәtli hәdiyyәlәr gәtirirdi. Bu, xaqanın çox da xoşuna gәlmirdi:

191
   186   187   188   189   190   191   192   193   194   195   196