Page 201 - pryaxin
P. 201
Xəzər yuxuları
Sürücü dәrindәn ah çәkib, elә rahat nәfәs aldı ki, o biri
otaqda yatan Sergey dә eşitdi. Sevindi ki, qırxıq başı metal
“keçi”yә xәtәr yetirmәyib, kәnd tәsәrrüfatının zirehli avtomobilini
cәrrahın yanına aparmalı olmayacaqlar.
Sürücü harasa çıxıb getdi, amma yarım saat sonra yenidәn
peyda oldu: üçlitrlik bankada әrik şirәsi gәtirmişdi. Evin qadını
әrik şirәsini Sergeyә tәhvil verib yan otağa keçdi.
Görünür, sürücü tәkcә şirә gәtirmәyibmiş: yan otaqda söhbәt
edәnlәrin sәsi get-gedә yüksәlirdi, bir azdan, hәtta deyib-gülmәyә
başladılar. Arabir kiçik fasilә verirdilәr, bu zaman açıq-aşkar
qurtultu sәslәri eşidilirdi – rayon avtomexanika mәktәbinin iki
mәzunu fürsәtdәn istifadә edib boğazlarını yaşlayırdılar.
Yәqin ki, anasına teleqramla xәbәr vermişdilәr.
Yәqin ki, mәktubu savadsız qadına poçtalyonun özü oxumuşdu.
Bәdbәxt qadın yazılanlardan hali olanda, bәnizi ağappaq olub –
oğlunun qara kağızını alıbmış kimi.
İndiyәcәn Budyonnovskdan o tәrәfә keçmәyәn qadın iki
yaşlı oğlunu kәnddә qoyub, Blaqodarnıya necә gәlib çıxmışdı?
Qardaşının evini necә axtarıb-tapmışdı? Ümumiyyәtlә, uzaq yola
çıxmağa necә ürәk elәmişdi? Yol maşınlarında, ya da öküz
arabasını xatırladan avtobusda әsә-әsә, yırğalana-yırğalana bu
qәdәr yolu necә qәt elәmişdi? Әllinci illәrdә istehsal olunan,
öküz arabasına oxşayan bu avtobusların damı yox idi, külәk,
yağış, qar bu nәqliyyat vasitәsinin biletsiz sәfәr edәn daimi
sәrnişinlәriydi. Bu çәlimsiz, xәstә bәdәn uzaq yolu bir göz
qırpımında qәt edәn ruha necә özünü çatdırmışdı?
Sergey mәktәbә getmirdi, sәhәrdәn-axşamacan yataqda
qurcuxur vә ya evin içindә o baş-bu başa gedir, vaxt keçirirdi.
Hәkimlәr evә gәlir, sarğını dәyişdirir, yeni dava-dәrman yazır,
yatalağa tutulmuş qızıl әsgәrlәr sayağı qırxılmış başını әllәşdirirdilәr.
Başında sığırçın yuvasının dәliyini xatırladan deşik açılmışdı –
artıq fikirlәrinin yeri dar deyildi, başına maneәsiz girib-çıxa
bilirdi.
Kәdәrli fikirlәrdәn yaxa qurtarmaq mümkün deyildi.
Az qala bir il çәkәn tәnhalıq vә dalğınlıq, huşsuzluq. Deyәsәn,
başındakı dәlik hәmin ilin әvvәlindә yox, sonunda әmәlә gәlmişdi.
201