Page 205 - pryaxin
P. 205
Xəzər yuxuları

istәmirdilәr. Bu mәsәlәdә savadsız adam sevimli övladına başqa
necә kömәk edә bilәrdi? Nikola camaatı yaxşı bilirdi: müәllimә,
xüsusәn dә direktora hörmәt qoymaqla.

Kәnddә yağış yağıb, yolların palçıq bağladığı vaxtlarda belә,
direktor xanım mәktәbә dikdaban, laklı ayaqqabılarda gәlirdi.
Geyim-keciminә baxanda, direktor bu dünyanın adamına oxşamırdı,
hәr halda, skif arvadlarına bәnzәyәn Nikola qadınlarından çox
fәrqlәnirdi.

Nikolalı qadınlar qaz yerişlidir, bu isә uçurdu.
Anası oğlunu gәtirib arxa cәrgәdә, balaca Lariska Buleykina
ilә yanaşı sıraya itәlәdi. Mәktәb direktoru qara qaşlarını oynadaraq,
tәәccüblә onlara baxmağa başladı. Bu zaman Sergeyin anasının
üzündә elә yalvarışlı, yazıq ifadә yarandı ki, direktor yumşalıb
әlini yellәdi: qoy dayansın! Sergey gözünü qırpmadan, dәrs
başlayanacan sırada dayandı. Anası arxasında durub әlini çiyninә
qoymuşdu. Burada ilk dәfә ağır, qәdimi mis zınqırovun sәsini
eşitdi. Köhnә kilsәni söküb yerindә mәktәb tikmiş, bu zınqırovu
da daş-kәrpiclә birlikdә, kilsәdәn götürmüşdülәr. İki mәktәbli
irәlidә, onların arxasınca isә bayram paltarı geymiş valideynlәri,
zınqırovu cingildәdә-cingildәdә, sıraların arasıyla mәktәb binasına
doğru addımlayırdılar.
Bundan sonra uşaqlar birdәn-birә hәrәkәtlәnib, mәktәbә sarı
qaçdı. Qızılı ipәk parçadan don geymiş direktor Sergeyә yaxınlaşıb,
әlini anasının isti әlinin üstündәn çiyninә qoydu:
– Sәn gәlәn il gәlәrsәn, – nәvazişlә dedi, – yolunu gözlәyәcәyik.
Anası hәlә dә qorxur, onun başını sığallayıb, tәskinlik vermәyә
çalışırdı. Amma әbәs yerә: artıq Sergeyin ağlamağı gәlmirdi.
Göz yaşları qurumuş, buxarlanmışdı – bir sentyabr tәdbirindә
iştirak edib sakitlәşmişdi. Sanki Mixaylo Lomonosov balıq
arabasının arxasınca vur-tut min verst yol getdikdәn sonra elmә-
biliyә hәvәsi itmiş, yanğısı sönmüşdü. Neylәmәk olar, bu da bir
mәktәbdir! Hәyat mәktәbi.
Anasının әlindәn tutub geriyә qayıdanda sevincindәn yerә-
göyә sığmırdı. Elә bil әvvәlcәdәn bilirdi ki, Larisa Buleykina
gün әrzindә mәktәbdә keçdiyi mövzuları axşamlar sәbirlә,
müәllimi yamsılayaraq ona da öyrәdәcәk.

205
   200   201   202   203   204   205   206   207   208   209   210