Page 210 - pryaxin
P. 210
rgi Pryaxin

Sergey ulduzlu sәmaya açılan qapıdan içәriyә çox asan
keçirdi: sanki evin kandarından çölә ayaq qoyursan. Anası sәhәr
tezdәn onu oyatmaq istәyir, nәvazişlә gülә-gülә çiynindәn tutub
silkәlәyir, o isә heç cür qayıtmaq bilmirdi.

Günlәrin bir günü, dayısı mәhkum kimi qolundan tutub onu
anasından, doğma evindәn, tanış ulduzlardan uzaqlara aparandan
sonra bu xәstәlik daha da şiddәtlәndi. O, hәtta gecәlәr Sergey
dayının öz arvadıyla pıçıltılı sәslә nә danışdığını da eşidirdi
(onda arvadı tibb bacısı kursunda oxuyurdu):

– Bәlkә, onu hәkimә göstәrәk? Lap pislәşib…
– Öz evlәrinә aparmaq lazımdır. Geriyә…
Deyәsәn, hәrbi komissarlığın tibb bacısı kurslarında pis tәlim
keçmirlәr: qadın problemin mәğzini görürdü!
Amma Sergeyin avam dayısı boynunun dalını qaşıdı:
– Bu halda necә aparım? Deyәcәklәr, uşağı pis günә qoyublar,
cadulayıblar…
Aydın mәsәlәdir: bәdәncә sağlam, amma ağıldankәm uşağı
aparmaqdansa, başı deşilmiş uşağı aparmaq yaxşıdır.

***

O vaxtlar dayısı özünә yenicә ev tikmәyә hazırlaşırdı, hәlәlik
isә özündәn böyük arvadıyla birgә gillә samanın qarışığından
tikilmiş evdә yaşayırdılar. Daxmanı dayısı arvadına vә onun qızı
Ninaya uzun müddәt Kuril adalarının soyuq havası ilә tәnәffüs
etdiklәrinә görә vermişdilәr. Dayım onun ikinci әri idi. Gecәlәr
dәhlizә qoyulan vedrәlәrdәn cürbәcür qәribә sәslәr çıxarırdı.
Sergey dayı qaranlıqda әlhavasına stulları aşıraraq, ona yaxınlaşanda
vedrә kontrabas uğultusuna bәnzәr sәslә dınqıldamağa başlayırdı.
Dayısı işdәn içkili gәlәndә, qulaqbatırıcı sәslә müşayiәt olunan
bu xaotik reydlәr dәfәlәrlә tәkrar olunurdu. Bu zaman oğlana elә
gәlirdi ki, vedrә misdәn düzәldilib – nәfәsli alәtin boğuq sәsini
xatırladan gurultu axırda hıçqırıq vә qurultu ilә әvәzlәnirdi: hәr
axşam dәhlizdәki kәtilin üstünә bir vedrә soyuq quyu suyu qoyur-

210
   205   206   207   208   209   210   211   212   213   214   215