Page 213 - pryaxin
P. 213
Xəzər yuxuları
– Balam, hardasan?
Oğlan tamamilә çaşıb qalmışdı. Hәyatında gördüyü kişilәrdәn
heç biri ona “balam” demәmişdi, ona görә ki, gözünü açandan,
ağlı kәsәndәn bu yana özünü yalnız anasının oğlu kimi görmüşdü.
Atasının üzünü dә görmәmişdi.
– Balam!.. – hәr dәfә bunu eşidәndә tәәccübdәn oğlanın
gözlәri bәrәlirdi.
Doğrudur, sәhәrlәr onu asıb-kәsәn olmurdu, bir az danlayıb,
әl çәkirdilәr. Rayon komissarlığının tibb kurslarında әla qiymәtlәrlә
oxuyan dayısı arvadı onun üzünә zillәnib başını bulayırdı: onlara
bu mövzuda dәrs keçmirdilәr, ancaq dayısı arvadı әn tәsirli
müalicә vasitәsini vә üsulunu dәqiq müәyyәnlәşdirmişdi.
Onda qәribә unutqanlıq yaranmışdı. Oxuduğu mәktәb Nikolanın
mәktәbindәn fәrqli olaraq, kilsә kәrpiclәrindәn tikilmәmişdi. İn-
qilabdan әvvәlki gimnaziyanın adını dәyişdirib orta mәktәbә
çevirmişdilәr. Geniş pәncәrәlәri olan mәktәb bir-birinә per-
pendikulyar şәkildә salınmış iki mәhәllә o tәrәfdә yerlәşirdi.
Amma bәzәn mәktәbdәn evә qayıtması bir neçә saat yox, bir
neçә әsr çәkirdi. Sinif otağında oturub özünü Ana Çayın sahilindә
tәsәvvür edirdi. Kürәyinin dәrisi yandırılmış dulusçu gilinin
rәngindә olan arıq-quru balıqçıların arasında. Bu insanlar o qәdәr
suyadavamlı vә tutumludurlar ki, bütün Volqanın suyunu son
damcısına qәdәr öz bәdәnlәrinә hopdura bilәrlәr: gündә hәrәsi
bir vedrә braqa içir, amma heç veclәrinә deyil. Onların arasında
qaraçı arabasını xatırladan yastı dibli, yüngül, qatran sürtülmüş
arabalar dolaşır. Kәnardan baxanda, bu arabalar qara tabuta
bәnzәyir. Bunlar balıq alverçilәrinin arabalarıdır. Balıqçılar
qurşağacan çılpaqdır, alverçilәrin әynindә isә cübbәyәbәnzәr
kәtan geyimlәr var. Bir vaxtlar öz kәndindә dә bu cür arabalar
görmüşdü. Alverçilәr min kilometr uzaqdan, Hәştәrxan tәrәflәrdәn
gәlib kәnd-kәnd dolaşır, balıq satırdılar. Onlar daha çox alverçilәrә
yox, hәr şeyini itirmәkdәn qorxmayan, heç nәdәn mәnfәәt güdmә-
yәn sәyyahlara vә ya zәvvarlara oxşayırdılar. Hansı millәtdәn
olduqları bilinmәyәn, seyrәksaqqallı, yaşlanmış, amma ayaqdan
yüngül adamlardılar. Arabanın yağışdan-külәkdәn rәngi bozarmış,
dәlik-deşik olmuş brezentini saxlayan dәmir çubuqlardan quru
balıqlar asılırdı. Qoyun quyruğunu xatırladan qoşqunun arxa his-
213