Page 211 - pryaxin
P. 211
Xəzər yuxuları
dular; oğlanın dayısı dәmir әsgәr dolçasını әliylә itәlәyib aşırır,
birbaşa vedrәdәn su içirdi.
Torpaq dәhlizdәn fışıltılı xarakterik ritmli sәs (elә bil inәk
sağırlar) eşidilәndә bilirdi ki, dayısı arvadı orada kiçik ehtiyacını
ödәyir. Vedrә öz ölçüsünә uyğun olmayan, siçan civiltisinә bәnzәr
sәslәr çıxarırdısa, demәli, qaranlıqdan qorxan dayısı qızı sәhәrәcәn
dözә bilmәyib, elә buradaca özünü rahatlayır.
Vedrә tәkcә Seryoqa ilә tәmasdan sәs çıxarmırdı.
Onu axşamdan tәlimatlandırır, nәyi necә etmәyi başa salır,
hәtta mәşq elәtdirirdilәr – mәşqdә hәr şey çox yaxşı alınırdı –
oğlan yalnız bundan sonra yatağa uzanırdı. Onun çarpayısı orta
otaqda qoyulmuşdu – vedrәyә yaxın yerdә. Amma oğlan hec cür
vedrәyә yaxın getmәk istәmirdi. Gecәlәr subaşına çıxan dayısı
bәzәn gәlib adaşının çarpayısında oturur, başını tumarlayaraq
deyirdi:
– Hә, Seryoqa, bu gün, deyәsәn, yükün çoxdur…
Ertәsi gün hәr şey yenidәn tәkrarlanırdı.
İş burasındadır ki, Sergey tez-tez altını batırırdı. Dayısı arvadı
hәr dәfә mәlәfәni suda qaynatmalı, çәpәrdәn asıb qurutmalı
olurdu. Mәlәfәnin üzәrindә, coğrafiya xәritәsindә olduğu kimi,
Afrikanın sarı konturlarını aydın görmәk olurdu. Әlaçı qız
istehzayla gülür, әliylә burnunu tuturdu. Elә bil Sergeyin başına
bir qazan qaynar su tökürdülәr: yenә başladı!
Әslindә o, yatağı islanan kimi şübhәli rahatlıq hissi bütün
vücuduna yayılmağa başlayan anda gözünü açırdı – çox zaman
lәzzәt aparmağın axırı yaxşı olmur. Yuxudan oyanır, tutulub
qalırdı: yenә? Sәadәt hissi birdәn-birә şiddәtli qorxu, hәtta
vahimәylә әvәzlәnir, bir az bundan әvvәl özünü göyün yeddinci
qatında hiss edәn oğlan әsib-titrәmәyә başlayırdı. Bir müddәt
daş kimi donub-qalır, qımıldanmırdı: bәlkә, heç nә olmayıb, hәr
şey ötüb-keçәcәk, hәr şey әvvәlki vәziyyәtinә qayıdacaq?
Heç nә keçib-getmirdi. Heç nә әvvәlki vәziyyәtinә qayıtmırdı.
Sәn demә, kranlar suyu yalnız bir tәrәfә axıdır. Onda o, miskin
görkәm alır, yatağında büzüşüb sәhәri gözlәyir, növbәti rüsvay-
çılıqla barışmalı olurdu. Vaxtında oyanıb dәhlizdәki vedrәyә
özünü çatdıra bilmәk üçün çox şeydәn keçәrdi! Amma nә qәdәr
211