Page 215 - pryaxin
P. 215
Xəzər yuxuları

– Get evә. Vaxtdır.
Elә bilirdilәr, oğlan onların balıq ovladığı yerdәn görünәn,
yarım kilometr uzaqlıqdakı xutordan gәlib.
Sergey gümüş qaşıq kimi parıldayan ağır, diri balığı iki әliylә
başı üstә qaldırıb yoluna işıq sala-sala yola düşdü. Dayısıgilә
çatanda gecәdәn keçmişdi, bir azdan sәhәr açılacaqdı. Qohumları
bütün kәndi dolaşıb hәr yerdә onu axtarmış, әldәn-ayaqdan
düşmüşdülәr. Dayısı dolabçadan hәrbi biletini çıxarıb milis
mәntәqәsinә getmәyә hazırlaşırdı. Halbuki Nikola-Aleksandrovsk
sürgün komendaturasından sonra dayısını belә yerlәrә kәndirlә
dә çәkib aparmaq mümkün deyildi.
Halal zәhmәti ilә әldә etdiyi balığı çiyninә almış Sergey içәri
girәndә milis mәntәqәsinә getmәyә hazırlaşan dayısı hirslә
kәmәrini (özünә sanballı görkәm vermәk üçün belinә zabit kәmәri
bağlamışdı) açmağa başladı. Amma rayon hәrbi komissarlığının
tibb kurslarında әla qiymәtlәrlә oxuyan Katya xala әrini qabaqlayıb
ağlamsınmış sәslә dedi:
– Axmaq!
Qadın, nәhayәt, canını tapşırmış balığı sinәsinә sıxan Sergeyi
qucaqladı. Katya xalanın Sergey dayıdan uşağı yox idi – bunu
çox arzulayırdı, amma uşağa qala bilmirdi. O, Sergeyin lil
bulaşmış qara saçlarını tumarlayıb başından öpdü.
– Oğlum! – yenә Sergeyin qulağına sәs gәldi.

***

Sergey dayı bacısı oğlunun bütün varlığını çulğamış iradәsizlik
vә kәmağıllıqla (inanırdı ki, tezliklә hәr şey keçib-gedәcәk)
özünәmәxsus şәkildә mübarizә aparırdı. Hәtta bu mәsәlәdә xeyli
irәlilәyiş әldә etmişdi.

Payız çox isti, bürkülü keçirdi.
– Yaxşı, – bir dәfә Sergey dayı dedi, – madam ki, suya can
atırsan, getdik.
Onu özüylә balıq tutmağa apardı. Hazırlaşıb sәhәr tezdәn
yola çıxdılar. Bir vaxtlar Sergeyi buraya Suxaya Buyvola boyu

215
   210   211   212   213   214   215   216   217   218   219   220