Page 219 - pryaxin
P. 219
Xəzər yuxuları

mәktәbdәn xeyli aralıda yerlәşirdi. Nәhayәt, gәlib böyük, gözәl
bir evә çatdılar. Fәrdi evә oxşamırdı. O dәqiqә bilinirdi ki, ev
sahibi hakimiyyәtdәkilәrin qulluğunda dayanır, ya da elә özü
hakimiyyәti tәmsil edir. Qız arxasını çevirib, hardansa, qoynundan
tәnbәki kisәsinә oxşayan kiçik torba çıxardı. Evin açarları bu
torbacığın içindәydi. Qız işgüzarcasına doqqazın qapısını açdı,
onlar içәri keçib pillәkәnlә geniş, işıqlı şüşәbәndә qalxdılar.
Bahar günәşinin isti şüaları şüşәbәndin pәncәrәlәrini qızılı rәngә
boyamışdı. Qız Sergeyi mәcbur etdi ki, ayaqqabılarını çıxarsın.
Özü dә ağ önlüyünü çıxarıb şokolad rәngli mәktәbli paltarında
qaldı. Şüşәbәndin pәncәrәlәri çöl tәrәfdәn qızıl suyuna çәkilmiş
kimi görünürdü, şәffaf şüşәlәr sanki güzgüyә çevrilmişdi.
Şüşәbәnddә uzun stol vә әymә stullar qoyulmuşdu. Küncdә
pardaxlanmış kiçik dәmir şkaf vardı. Qız aşağı çöküb şkafın ağır
qapısını açdı vә oradan yemәklәr çıxardı. Belәcә, Sergey ilk dәfә
soyuducunu burada gördü. Qәribәdir, soyuducudan borş qazanı
vә böyük qabda soyutma toyuq da çıxdı. Qız soyuducudan bir-
bir çıxardıqlarını oğlana verirdi ki, stolun üstünә qoysun. Sergey
mәyus olmuşdu – elә bilirdi, soyuducudan çoxlu peçenye dә
çıxacaq. Әslindә qızın әlindәn tutub onların evinә gәlmәsinin bir
sәbәbi dә bu idi. Borş, toyuq – bunları az qala hәr gün dayısı
arvadı bişirirdi.

Qız borşu spirt lampasında isitdi, toyuğun budunu qoparıb,
Sergeyin boşqabına qoydu, o biri budunu isә özünә götürdü.
Әslindә anasının işlәdiyi quşçuluq fermasında böyüyәn Sergey
toyuğun başqa yerini – yağlı büzdümünü xoşlayırdı, amma bunu
dilә gәtirmәdi. İsinmiş borşun qoxusu onu iştahaya gәtirdi, balaca
sahibәnin stola düzdüyü yemәklәrdәn mәmnunluqla dadmağa
başladı.

Sonra süfrәni yığışdırıb dәrs oxumağa başladılar, qız riyaziyyat-
dan tapışırığı ona başa salmağa çalışırdı. Sergey mexaniki olaraq,
qızın ardınca vurma cәdvәlini tәkrarlayır, hәyәcanla onun günәşә
bәnzәyәn sarışın saçlarına, gözәl simasına baxıb, cavabları tapmaq
üçün baş sındırırdı. Elә bu vaxt qızın cavan, yaraşıqlı, boy-
buxunlu anası gәlib çıxdı.

– Aa-a, qonağımız var! – Qadın içәri girәr-girmәz, kandardan
sәslәndi. O, laklı dәri ridikülünü stolun üstünә atıb qonağı
salamladı.

219
   214   215   216   217   218   219   220   221   222   223   224