Page 220 - pryaxin
P. 220
rgi Pryaxin
Katerina xala işdәn gәlәndә, әlindә ordan-burdan tapıb aldığı
әrzaq dolu ağır zәnbil olurdu. Bu qadının isә әlindә ridiküldәn
savayı, heç nә yox idi. Pәncәrәnin önündә “Zim” markalı ağır
maşın dayanmışdı.
– O, bizdә qalacaq, – qız sakitcә bәyan etdi.
– Hә? – Qızın anası gülümsündü, amma başqa heç nә demәdi.
Qız Sergeyә öz otağını göstәrdi, hәtta çarpayının üstündә
hoppanıb-düşmәyi tәklif etdi. Bu vaxt onları şüşәbәndә, çay iç-
mәyә çağırdılar.
İndi şüşәbәnddә daha bir qadın vardı: dolubәdәnli, yaşlı,
xoşsimalı qadın idi. Yaşı bir az çox olsaydı, Sergey elә bilәrdi ki,
ev qulluqçusudur. Ağ kәtan süfrә salınmış stolun üstünә çiyәlәk
mürәbbәsi vә parça qәnddәn savayı, Sergeyin sevimli peçenyelәri
dә qoyulmuşdu. Deyәsәn, peçenyelәri bu yaşlı, xoşsimalı qadın
gәtirmişdi.
Hәtta ürәyindәn keçdi ki, kaş bu qadının yanında yaşayaydı.
Axşama yaxın qızın atası da gәldi. Әvvәlcә bayırda elә hәmin
“Zim”in çıxardığı tormoz sәsi eşidildi, Sergey pәncәrәdәn baxanda
gördü ki, maşın hәlә resorların üstündә yırğalanır. Maraqlıdır,
Blaqodarnı kimi әldә-ayaqdan uzaq bir yerdә kim olmalısan ki,
sәnә bu cür dәbdәbәli “Zim” versinlәr?
Qızın atası anasından xeyli yaşlı, hündürboy kişi idi, saçı
ağarmışdı.
– Nә yaxşı mәclisdir, – stol arxasına oturanda, qızın atası
dedi.
– O, bizdә yaşayacaq, – qız gözünü qarşısındakı boşqabdan
ayırmadan, sakit sәslә bәyan etdi.
Qızın atası çallaşmış qaşını çatıb, maraqla öz arvadına baxdı.
Qadın gülümsünüb, mavi gözlәrini aşağı dikdi.
Sergey ayağa qalxdı, müәllimin öyrәtdiyi kimi, dodaqlarını
vә barmaqlarını salfetlә silib çantasını götürdü vә çıxışa doğru
yönәldi. Günәş şüaları hәr yeri qızılı rәngә boyamışdı.
– O, bizimlә yaşayacaq! – Qız yenidәn, uca sәslә bәyan edib
onun arxasınca qaçdı.
Oğlan pillәkәnin aşağısında dayanıb arxaya çevrildi vә qızın
gözlәrinin içinә baxdı. Qız bir anlığa duruxub ayaq saxladı.
220