Page 221 - pryaxin
P. 221
Xəzər yuxuları

– O yaşayacaq… – qız ixtiyarsız olaraq tәkrarladı, amma
әvvәlki әminliyindәn әsәr-әlamәt qalmamışdı.

Y a ş a y a c a q s a n…
Sergey dönüb iti addımlarla alaqapıya sarı getdi.
Ertәsi gün körpünün üstündә maşın onu vurdu.

***

Anası gәlәndә evdәydi.
Sanki onu pәncәrәdәn yox, divarın o üzündәn görmüşdü.
Qadın başını qaldırıb ulduzları seyr edirmiş kimi evlәrin nömrәsinә
baxa-baxa (nömrәlәri oxuya bilmәsә dә) iti addımlarla irәlilәyirdi.
Başına onu daha da yaşlı göstәrәn kraxmallı, üzәrindә balaca
mavi güllәr nәqş edilmiş ağ yaylıq bağlamışdı, әynindә pambıq
parçadan, bel hissәsi dar jaket, diaqonaldan tikilmiş әtәk vardı,
ayaqqabısı komsomolçu qızların geydiyi ayaqqabılara bәnzәyirdi,
yolların tozu hopmuş sadә corablarının rәngini bilmәk olmurdu.
Oğlan hәm hәyatda, hәm dә yuxularında anasını mәhz bu
görkәmdә görürdü deyә, qadın onun tәsәvvüründә Müqәddәs
Mәryәm kimi başqa geyimdә ola bilmәzdi. Sözün açığı, anasının
başqa paltar geymәk imkanı da yox idi.
Yәqin ki, anası da onu görmüşdü vә ya divarın o üzündәn
hiss etmişdi: әlindәki kağıza yazılmış rәqәmlәrә, nömrәyә bax-
madan, birbaşa alaqapıya sarı yönәldi. Oğlan qapını açmaq üçün
qaça-qaça hәyәtә düşdü, amma buna ehtiyac olmadı – artıq qadın
içәri girmişdi. Ona tәrәf yüyürәn oğlunu görüncә, ağzınacan
dolu, brezentdәn tikilmiş ağır sovqat çantası әlindәn yerә düşdü,
dua elәyirmiş kimi әllәrini qaldırdı… vә dişlәyib qanatdığı
dodağına apardı.
Başı-gözü bәrk-bәrk sarınmış Sergey Brest qalasının müdafiә-
çilәrinә oxşayırdı. Yalnız burnu vә çuxura düşmüş gözlәrini gör-
mәk olurdu. Qalan yerlәri iki-üç qat bintlә sarınmışdı: sanki
başını qar komasına soxmuşdular. Sarğının bir ucu çәnәsinin

221
   216   217   218   219   220   221   222   223   224   225   226