Page 217 - pryaxin
P. 217
Xəzər yuxuları

Acılı-duzlu dәnizin cazibәli, qulaqoxşayan adları: “Manıç”,
“Podmanok”… Qafqazönü әrazilәrdә axan süd kimi ağ, isti çay-
lar…

Bәndin yanında qarovulçu koması vardı. Sergey dayını sağ
ayağında protez olan (sol ayağı ilә vergül, sağ ayağı ilәsә yalnız
nöqtә qoyurdu) yaşlı bir kişi qarşıladı. Köhnә dostlar kimi salam-
laşıb hal-әhval tutandan sonra Sergey dayının gәtirdiyi araq şüşә-
sini boşaltdılar. Yaşlı kişi onlara qayıq ayırdı, iki Sergey – böyük
vә balaca – tilovlarını götürüb sahildәn uzaqlaşdılar. Qayıq düz
gölün ortasında dayandı. Oğlana elә gәlirdi ki, onlar balın içindә
üzürlәr – qayıq indi bu qatı maddәdә batıb qalmışdı. Köhnә qara
qayığı, aydın mavi sәmanı özündә әks etdirәn hamar sular
hәrәkәtsiz idi. Oğlan gözünü gözqamaşdıran әnginliyә zillәyib
әtrafa çökmüş sükutu dinlәyirdi.

Balıq ovu uğurlu oldu. Üst paltarlarını çıxarıb qayığın burun
hissәsindәki hücrәyә qoymuşdular – tutduqları balıqlar qayığın
içindә topuğa çıxan suyu şappıldadıb onları isladırdı. Qarmağa
iri balıqlar düşdükcә, dayısı kiçik balıqları geriyә, suya atırdı.
Sergey Vladimiroviç duzlu xiyarla bir qәdәh araq içdi, kiçik
Sergey Vladimiroviç isә dayısı arvadının qoyduğu üçqatlı böyük
buterbrodu içәri ötürdü.

– Üzә bilirsәn? – dayısının dәniz suları kimi mavi gözlәri
artıq göy üzünә qalxmış günәşdә parıldadı.

– Yox…
– İndi öyrәnәrsәn.
O, qәfildәn Sergeyi qucağına götürüb qayıqdan kәnara atdı.
Özü isә iki-üç dәqiqә qayığın kәnarına dirsәklәnib, qorxudan
sarısını udmuş bacısı oğlunun suda necә çapaladığına tamaşa
edirdi. Oğlan hiss edirdi ki, get-gedә yorulur, qolları, ayaqları qıc
olmağa başlayır. Bir azdan müqavimәti zәiflәdi – elә bil kimsә
ayaqlarından yapışıb suyun altına çәkirdi. Sanki hansısa qüvvә
bambuk ağacından düzәldilmiş tilovun sudan çıxardığı balıqların
yerinә onu qoymaq istәyirdi. Elә bu an oğlanın dayısı qayığın
arxa hissәsindә ayağa qalxıb, özünü tarazladı vә suya atıldı. Әks
tәrәfә sıçrayan su dalğasında bir neçә balıq qıvrılırdı. Amma

217
   212   213   214   215   216   217   218   219   220   221   222