Page 218 - pryaxin
P. 218
rgi Pryaxin
Sergey artıq üzürdü… Suda bir müddәt çapalayıb-çırpınandan
sonra üzmәyә başlamışdı. Dayısı ilә göz-gözә gәldi. İkisinin dә
gözü qurbağa gözü kimi bәrәlmişdi: mavi vә qara gözlәr. Qәhqәhә
çәkib gülmәyә başladılar. Dayısına qәtiyyәn acığı tutmurdu:
hәmin günәşli oktyabr günündәn sonra özünü suda balıq kimi
hiss edirdi.
Dayısı ona kişilik dәrsi vermәk, kişi әylәncәlәrinә alışdırmaq,
naqqa balığı kimi çәkib dәrinliklәrdәn üzә çıxarmaq istәyirdi,
amma yenә da alınmadı. Tilovu qırıb qaçdı.
Müәllim dә ümidini üzmüş, onu başlı-başına buraxmışdı,
“2”vә “3”-dәn yuxarı qiymәt qoymurdu: onsuz da sinifdә qalacaq,
baş qoşmağa dәymәz. Sinifdә heç kim onunla yanaşı oturmaq
istәmirdi: cansız heykәli xatırladan adamın yanında kim oturmaq
istәr? O, hәtta tәnәffüslәrdә dә dәhlizә çıxmırdı. Kötük kimi,
oturduğu yerdәn qalxmırdı. Bir dәfә, dәrslәrdәn sonra qızlardan
biri kor adama kömәk elәyirmiş kimi әlini ona uzadıb dedi:
– Gedәk mәnimlә.
O, qızla getdi – kor kimi. Ona görә getdi ki, sinfin әn gözәl
qızı idi. Yay tәtilindәn sonra hamı cәnub günәşindә yanıb-
qaralmış, bu qız isә sanki yenicә qabıq qoymuşdu. Hamı buğda
dәnәsi rәngindәydi, qız isә yenicә yetişmiş buğdanın zәrdabı
kimi ağappaq idi. Hәm dә ona görә getdi ki, qız evdә bişirilmiş,
lәzzәtli peçenyelәr gәtirirdi. Hamı özüylә buterbrod gәtirirdi,
dayısı arvadının Sergey üçün düzәltdiyi buterbrodlar, hәtta üçqatlı
olurdu, amma bu qızın yüngül, kövrәk, dadlı peçenyelәrinin
yerini heç nә vermәzdi. Ona elә gәlirdi ki, qızı da peçenyelәrin
bişirildiyi yerdә, elә hәmin sobada düzәldiblәr.
Tәnәffüs zamanı qız onu hәmin lәzzәtli peçenyelәrә qonaq
elәyirdi. Oğlan borclu qalmaq istәmir, öz növbәsindә, böyük
buterbrodunu tәklif edirdi. Cavabında qız mavi gözlәrini işvәylә
onun üzünә zillәyir, gülә-gülә buterbrodun dadına baxmaqdan
boyun qaçırırdı. Qız qıvırcıq, buruq-buruq saçlarına haç vaxt
bant bağlamırdı. Onun hava kimi yüngül, sarışın hörüklәri oğlanın
sanki qarsalanmış әllәrinә toxunanda, bunun tәәssüratından uzun
müddәt ayrıla bilmirdi.
Sinif yoldaşlarından vә müәllimlәrdәn utanıb-çәkinmәyәn
qız bir dәfә oğlanın әlindәn tutub öz evlәrinә apardı. Qızgilin evi
218