Page 222 - pryaxin
P. 222
rgi Pryaxin

altından keçirdi deyә oğlan düzәmәlli danışa bilmirdi. İlk
dәqiqәlәrdә anasına elә gәldi ki, oğlu nitq qabiliyyәtini dә itirib.
Heydәn düşmüş qadın aşağı çöküb, hәsrәti ilә yaşadığı oğlunu
bağrına basdı. Qorxa-qorxa, isti dodaqlarıyla oğlunun sarıqlı,
şişmiş başını öpüşlәrә qәrq elәdi. Sarığın üstündәki qırmızı qan
lәkәlәrindәn gözünü çәkә bilmirdi. Spirt kimi sәrt göz yaşları
üzüaşağı yuvarlandı.

Bütün bәdәni әsib-titrәyәn oğlan anasının sinәsinә qısılıb
hönkürdü. İl әrzindә birinci dәfә. Belәcә, evin kiçik hәyәtindә
ana-bala qucaqlaşıb ağlayırdılar. Әvvәlcә sakitcә dayanan Tuzik
dә bir azdan onlara qoşulub ulamağa başladı. Qardaşı Seryoqa vә
arvadı işdәn qayıdana kimi, qadın evә hamıdan tez gәlәn Ninanın
kömәyi ilә kәnddәn gәtirdiyi xoruzdan qızılı rәngdә lәzzәtli borş
bişirdi. Süfrә arxasına әylәşәndә, böyük Sergey taxta qaşığını
dikinә dәrin boşqaba soxdu vә mәmnunluqla hamıya nümayiş et-
dirdi:

– Dayanır!
Әvvәlcә oğlanın dayısı arvadının sifәtindә narazılıq әlamәtlәri
göründü, hәtta әtli dodaqlarını bir-birinә sıxdı, amma sonra
gülümsәyib servanta tәrәf getdi. Servantı әlindәn hәr iş gәlәn
dayısı düzәltmәmişdi, satın almışdılar.
– Dayanır! – dayısı tәkrar edib, günahı bağışlanmış adamlar
sayağı, minnәtdarlıqla bacısının üzünә baxdı. O isә özünün
miskin, rahibәlәrin baş örtüyünü xatırladan ağappaq papağını
dizlәri üstә ovuşdura-ovuşdura (elә bil oradan nәsә çıxacağını
gözlәyirdi) oturub gözünü qarşısındakı dolu nimçәyә zillәmişdi.
Dayısı arvadı servantdan dar boğazlı qara araq şüşәsini
götürüb stolun üstünә qoydu. Şüşәnin tıxacı sanki dayısının
diqqәtli baxışından kәnara sıçradı.
Anası öz qәdәhini kәnara itәlәdi.
O, mayın dördündә gәlmişdi, ertәsi gün isә Sergeyin әlindәn
tutub mәktәbә apardı – sanki әlli üçüncü ilin uğursuzluğunu
unutdurmaq istәyirdi.
Oğlan sevincindәn yerә-göyә sığmırdı.
Deyәsәn, başı satılıq kәllә qәnd kimi sarınmış Sergeyin
görkәmi müәllimin ürәyini yumşaltmışdı – dәrs ilinin sonunda
oğlanın qiymәtlәri birdәn-birә düzәlmәyә başladı. Bәlkә dә,

222
   217   218   219   220   221   222   223   224   225   226   227