Page 225 - pryaxin
P. 225
Xəzər yuxuları

yaxınlaşdı, maşının qalın yan şüşәsi yarıyacan açıldı, sinif yoldaşı
ağappaq, nazik qolunu çıxarıb ona әl elәdi.

Hәr şey keçib-getdi, hәr şey arxada qaldı.
Başının sarğısı tәrtәmiz idi – yarası sonradan açılacaqdı.

V FӘSİL

QARADABAN ARVAD

– Sәnәdlәr yoxlanır! – Qulağının dibindә eşitdiyi zil sәsdәn
Sergey dik atıldı, az qala göyәrtәdәn yıxılacaqdı. O, katerin sol
bortu uzunu göyәrtәyә sәrilib yatırdı. Bort alçaq idi deyә, hәr
ehtimala qarşı, üstündәn ip dә çәkmişdilәr. Başını qolunun üstünә
qoymuşdu. Oğlanın açıq başı yetişmiş qovun rәngindәydi. Saysız-
hesabsız su zәrrәciklәri xәfif duman kimi onun üstünә sәpilmәsәydi,
günәş qırxıq başını tamamilә qovura bilәrdi. Günәşin altında
yatıb-qaldığına görә başından bәrk ağrı qopmuşdu. Amma bu,
onu sabahkı başağrısından xilas elәdi: katerin arxa tәrәfindә kef
mәclisi hәlә dә davam edirdi. Qarşı tәrәfdәn onların yastıdibli
yaxtasına doğru bir hәrbi kater şütüyürdü. Katerin burnunda
uniformalı bir adam dayanmışdı. Kater onlara yaxınlaşan kimi
göyәrtәdәki hәrbçi alüminium meqafonu ağzına tutub suyun
şappıltısını vә motorların sәsini batırmaq üçün var sәsi ilә bağırdı.
Amma arxa tәrәfdә yeyib-içәndәn sonra kazak mahnıları oxuyan
sәrnişinlәr onun sәsini eşitmirdilәr: meqafon hara, kazak mahnıları
hara? Sәs mahnıların arxasınca çata bilmirdi.

Әlini şturvaldan çәkmәyәn Nәcib sual dolu baxışlarını Sergeyin
üzünә zillәdi – onun oyandığını görmüşdü.

– Biz hardayıq? – Sergey başını qaldırıb hәrbçilәrin katerinә
baxa-baxa Nәcibdәn soruşdu.

– Hәştәrxan vilayәtinә çatırıq.
– Onda saxla, saxla…
Sergey tәnbәl-tәnbәl fikirlәşdi ki, arxa tәrәfdә uğunub-gedәn
vitse-qubernatorun vәsiqәsi burada, qonşu vilayәtdә onların kömә-

225
   220   221   222   223   224   225   226   227   228   229   230