Page 228 - pryaxin
P. 228
rgi Pryaxin
onu bu cür salamlamışdılar. Hә dә, onda on yaş cavan idi,
adamlar onu salamlayanda әzilib-büzülmür, sıxılmırdılar. Müfәttiş
o qәdәr canfәşanlıqla salam verdi ki, az qala kәllә-mayallaq
gedәcәkdi. Yaxşı ki, Nәcib cәld tәrpәnib, sәndirlәyәn generalis-
simusu vaxtında tutdu vә ehtiyatla hәmkarına tәhvil verdi.
Müfәttişin katerdә baş verәnlәri maraqla izlәyәn hәmkarı tabel
silahını sükanın yanında unutmuşdu.
Nәcib, farvaterin boşalmasını gözlәmәdәn, sükanı sola burub
qazı basdı. Katerin arxa hissәsindә nәyisә qızğın müzakirә edәn
sәrnişinlәr özlәrini saxlaya bilmәyib göyәrtәyә sәrildilәr vә
mәnzilbaşına çatana kimi ayağa qalxmadılar: bolluca yeyib-
içdikdәn sonra onları yuxu basmışdı. Nә qәdәr dikbaş, әyilmәz
olsan da, axırda yuxuya tәslim olursan. İndi katerdә yalnız
Nәciblә Sergey oyaq idilәr. Volqa birdәn-birә ikilәşmәyә başladı.
Adda-budda adacıqlar vә çayın qolları gözә dәyirdi. Axar suların
iki tәrәfdәn yuyub-hamarladığı uzunsov adacıqlar sanki onlarla
bәrabәr üzürdü. Burada çayın axını yavaşıyırdı. Nә adından, nә
dә görkәmindәn dәnizçiyә oxşayan Nәcib farvateri dәqiq
müәyyәnlәşdirir, yuxulu plastik gәmini ustalıqla idarә edirdi.
Sergey cavanlıqda gәzib-dolaşdığı yerlәri görmәk arzusuyla hey
әtrafa boylanırdı. Amma bu yerlәr ona tanış gәlmirdi: sanki
hәyat harasa çәkilib-getmişdi. Rusiya özünün әsas çayından
kәnarlaşmış, onu unutmuşdu. Necә ki get-gәlli cığırı unudurlar
vә zaman keçdikcә, onu ot basır, keçilmәz olur. Әvvәllәr sahilboyu
düzülmüş qәsәbәlәrin yollarını pöhrәliklәr basmışdı, qәsәbәlәrin
özü isә sanki hәr tәrәfdәn gәmirilmiş, çeynәnib-didilmişdi. Bunlar
da axıb-gedәn amansız zaman okeanındakı adacıqlardır.
Solğunlaşmış, kiçilmiş, ölgünlәşmişlәr. Şәhәrlәrә qısılmış bağ
evlәrini nәzәrә almasaq, heç yerdә yeni tikililәr dә gözә dәymir.
Unudulmuş, tәrk edilmiş sahil körpülәrinin vә sәrnişin platfor-
malarının mәhzun görünüşü ürәk ağrıdır. Qapı vә pәncәrәlәrin
yerindә qәbir zülmәtini xatırladan boşluqlar әmәlә gәlib. Qәsәbәlәri
bir-birinә birlәşdirәn yollar bәrbad haldadır, xüsusәn dә kiçik ya-
şayış mәskәnlәrinin arasındakı yollar! “Komet”lәr, “Meteor”lar
barәdә danışmağa dәymәz; burada yalnız turistlәri gәzdirmәk
olar. Sergey “Komsomolka”da müxbir işlәdiyi vaxtlarda sözügedәn
228