Page 226 - pryaxin
P. 226
rgi Pryaxin
yinә gәlmәyәcәk: yaxşısı budur, insanları boş yerә qıcıqlandır-
masınlar. Özü dә qorxulu heç nә yox idi: axtarsan, onların
motorlu qayığında tilov da tapa bilmәzdin.
Nәcib katerin sürәtini lap yavaşıtdı.
Birdәn-birә mahnı vә gülüş sәslәri kәsildi. Necә olmasa da,
vәzifәli, dünyagörmüş adamlardı, bir-iki litr araq içib başını
itirәnlәrdәn deyildilәr.
– Nә olub? – Vitse-qubernator ciddi, ayıq sәslә soruşdu.
Sanki dilinә araq dәymәmişdi.
– Yoxlamadır, sәnәdlәri yoxlayırlar. – Nәcibin әvәzinә Sergey
cavab verdi.
– Nә-ә-ә?! – Qubernator vә Sergeyin köhnә dostu, hazırda
vilayәtin federal xidmәtlәrindәn birinә rәhbәrlik edәn kazak xorla
bağırdı. – Nә-ә? Nәyi yoxlayırlar?
– Sәnәdlәri. – Sergey gülә-gülә cavab verdi, bilirdi ki, sәnәd-
lәri qaydasındadır.
– Vecinә alma, sür gedәk! – Vitse-qubernator Nәcibә әmr
etdi.
Amma elә bu an Musanın sakit baritonu eşidildi:
– Uşaqlar, sakit olun. Bәlkә, sadәcә pul istәyirlәr…
Katerin arxa hissәsindә ayaq üstә dayanan çeçen Musa
әtrafındakılardan fәrqli olaraq, yaxşı başa düşürdü ki, bu gün
yoxlama aparanlarla zarafat elәmәk olmaz. Hәr dәfә Moskvada
partlayış olanda onun bağ evini itlәrlә vә minaaxtaranlarla
yoxlayırlar. Әlbәttә, Musanın tәhlükәsizliyi üçün yox, әksinә,
evindә qanunsuz әşyalar saxlayıb-saxlamadığına әmin olmaq
üçün… Musa yoxlamalara öyrәşib, xüsusәn dә yollarda. Onu
zirehli “Mersedes”inin nәzәrәçarpan nömrәsi dә yol müfәttişlә-
rindәn xilas etmirdi: axı adamları sir-sifәtinә görә yoxlayırlar,
maşının kapotuna görә yox. Doğrudur, bu mәsәlәdә maşının
kapotu da az rol oynamır. Artıq çoxdandır ki, maşının aşağı
salınan şüşәsindәn cürbәcür vәsiqәlәri polisә uzadarkәn, Musa
özünә vacib görkәm vermәyә çalışmır.
İndi dә burada yoxlayırlar. Ana Volqada. Ona Tereki xatırladan
çayın ortasında. Onlara baş qoşmağa dәymәz, qoy yoxlasınlar…
226