Page 227 - pryaxin
P. 227
Xəzər yuxuları

Nәcib vitse-qubernatorun yox, Musanın sözünә qulaq asdı.
Hәrbi kater sürәtlә motorlu qayığa yaxınlaşıb, onların yolunu
kәsdi. Amma onlar onsuz da dayanmış, üstәlik motoru da söndür-
müşdülәr.
Katerdә vur-tut iki adam vardı. Hansısa namәlum qoşun
növünün formasındaydılar. Bütün vuruşan ölkәlәr kimi, Rusiyada
da hәrbçi paltarına bәnzәyәn forma geymiş nә qәdәr insan
meydana çıxmışdı: cәbhәyә düşmәmәk üçün әyinlәrinә, nә gәldi,
geyinirlәr.
Cavan oğlanlardır, yanaqlarından qan damır. Birinin әlindә
söyüş aparatı – meqafon var, sükan arxasında oturan digәrinin
dizlәri arasında avtomat gözә dәyir. Aydın mәsәlәdir, bu, söyüş
aparatından da ağır alәtdir. Rütbәcә böyük olan özünü tәqdim
etdi. Sergey başa düşdü ki, hansısa müfәttişliyin işçilәridir. Ola
bilsin, su vә ya balıq müfәttişliyindәn idilәr. Lisenziya barәdә
sual verdilәr.
– Biz burada günәşlәnirik! – Sergeyin dostu hirslәnib özündәn
çıxdı. – “Nә torumuz var, nә tilovumuz.”
– Qayda belәdir, – “sәrkәrdә” qabağından yeyәn adama oxşa-
mırdı. O, suda yırğalanan katerә adlayıb arxa tәrәfә doğru addım-
ladı.
Buradakıların sәnәdlәrini yoxlamaq çox çәkmәdi. Görünür,
Musa çoxsaylı sәnәdlәrindәn birini tәqdim edәrkәn, arasına yaşıl
kağız qoymuşdu. Üstәlik, onu bir stәkan viskiyә dә qonaq elәdilәr.
Sergeyin kazak dostu viski stәkanını ona uzadanda xәbәrdarlıq
etmәyi dә unutmadı: dedi ki, içmәsә, viskini başına tökәcәk.
“Komandan” içmәyi üstün tutdu.
Nәcibin sәnәdlәrini, ümumiyyәtlә, yoxlamadılar. Onsuz da
sir-sifәtindә hәr şey aydın şәkildә yazılmışdı. O, gözünü, harasa
uzaqlara zillәyib, hәrәkәtsiz dayanmışdı. Sergeyin sәnәdini isә
çox diqqәtlә yoxladılar. Özü dә viski stәkanını başına çәkәn
müfәttiş әvvәlcә sәnәdi baş-ayaq tutmuşdu, amma Sergeyin
islanmış sifәtinә baxandan sonra sәhvini düzәltdi.
Yoxlama başa çatandan sonra müfәttişlәr Sergeyә әsgәr sala-
mı verdilәr. Sergey o qәdәr karıxdı ki, hәtta çeçәmәyә başladı:
sonuncu dәfә SSRİ prezidentinin kömәkçisi işlәdiyi vaxtlarda

227
   222   223   224   225   226   227   228   229   230   231   232