Page 230 - pryaxin
P. 230
rgi Pryaxin

yorulub-usanmaq bilmәyәn “hovuz qurdları”, üzәn platformaların
hәrәkәtinә kömәk elәyәn “tәkançı” gәmilәr vә ya futbol meydançası
böyüklükdә sahәlәrә yayılmış sallar vә suda üzәn ağaclar. Hәlә
gözә çarpmayan, burdan vurub ordan çıxan, çevik hәrәkәt edәn
saysız-hesabsız xırda qayıqları vә ağır-ağır irәlilәyәn nәhәng
gәmilәri demirәm. Volqanın körüktәk qalxıb-enәn sinәsi bunların
hamısını maqnit kimi özünә cәzb edirdi. Volqa – Rusiyanın bas
simi idi, irili-xırdalı, hәr kәsin qәlbinin sarı simi.

İndi isә çayın üzәrindә hansısa qaraltı görәndә sevinirsәn, elә
bil ucsuz-bucaqsız boşluqda özünәbәnzәr mәxluq görmüsәn.

Gәmilәri körpüyә bağlayan kimi, Volqanı da ram ediblәr.
Әvvәlcә su elektrik stansiyaları ilә heydәn saldılar, indi dә
lap onun mәnbәyinә göz dikiblәr.
Sergey kәdәrlә әtrafa boylanırdı. Elә onun özü dә hәyatının
qırx ilini yelә vermişdi, hәr şeyin axırına çıxmışdı. Uşaqlarından
vә nәvәlәrindәn savayı, hәyatda heç bir qazancı yox idi. Amma
bir vaxtlar elә şeylәr arzulayır, elә xәyallar qururdu ki! Xüsusәn
dә bax bu yerlәrdә, Uqliçdә әtәyindә alma aparan qızla görüşdәn
sonra. Bundan әvvәl isә ona elә gәlirdi ki, artıq bu dünyada
yaşamağın mәnası qalmayıb, hәr şey bitib. Elә indi olduğu kimi.
Üzә-üzә bütöv bir hәyatın içindәn keçir, özünü Uqliçdәki görüşdәn
әvvәl necә hiss edirdisә, indi dә elә hiss edir: onu irәlidә yoxluq
gözlәyir. Bәlkә dә, katorqa hәyatı…

***

Amma indi bütün arzuladıqlarının әvәzinә, sadәcә seyrә
çıxmışdı.

Köhnә çay gәmisini ötüb-keçdilәr. Köhnә dәbli, uzunluğu
әlli metrә çatan yelkәnli gәmi idi, deyәsәn, mühәrriki söndürül-
müşdü. Hәlә şәr qarışmamışdı, amma artıq bortların perimetri
boyu işıqlar yanırdı. Amma elektrik işığı deyildi, әtrafa yayılan
әtirli qoxudan bilinirdi ki, mәşәl yandırıblar, özü dә ekzotik

230
   225   226   227   228   229   230   231   232   233   234   235